6 dekabrda Venesuelada Nikolas Maduronun qeyri-legitim rejimi parlament seçkilərinə oxşayan siyasi məzhəkə qurub.
“Xoşbəxtlikdən, çox az adamı aldatdılar,” ABŞ Dövlət Katibi Mayk Pompeo bəyan edib. Dünya boyu onlarla demokratiyalarla bərabər Birləşmiş Ştatlar minimum etimad standartlarına cavab verməyən bu şounu pisləyir.
“Maduro siyasi patiyaların adlarını və bülleten loqolarını qeyri-qanuni yolla ələ keçirməklə, özünə loyal seçki şurası ilə prosesi manipulyasiya etməklə, zorakılıq və hədə-qorxu gücünə və başqa bir sıra qeyri-demokratik taktikalar bahasına aşkarcasına bu seçkiləri öz lehinə saxtalaşdırdı,” Pompeo deyib. Bundan əlavə, 60 ölkə və dünya boyu təşkilatlar, o cümlədən ABŞ, Avropa İttifaqı, Amerika Dövlətləri Təşkilatı, Lima Qrupu və Beynəlxalq Kontakt Qrupu bu seçkinin nəticələrini legitim olaraq qəbul etmir.
“Bu məzhəkə Venesuela xalqının yeganə təmsilçi demokratik təsisatını dağıtmaqla yalnız Maduroya sadiq marionet Milli Assambleya tərtib etməkdən başqa bir cəhd deyildi,” Pompeo bildirib.
Bu seçki şousu Maduronun qeyri-legitim rejiminin sistematik olaraq öz opponentlərini aradan götürdüyü, işgəncə verdiyi və həbsə atdığı bir vaxta baş verir ki, bütün bunları BMT, Amerika Dövlətləri Təşkilatı və başqa müstəqil müşahidəçilər bu yaxınlarda təqdim etdikləri hesabatda açıqlayıblar.
Fırıldaq seçkilər ərəfəsində rejim həmçinin humanitar işçilərin təqibinə başlamış və ərzaq paylama proqramlarını dayandırmaqla hədələmişdir. “Belə qəddar və rəzil rejim azad və ədalətli seçki keçirmək iqtidarında deyil,” Pompeo bəyan edib.
Birləşmiş Ştatlar Müvəqqəti Prezident Xuan Quaydonu və legitim Milli Assambleyanı tanımaqda davam edəcək. Beynəlxalq ictimaiyyət 2018-ci ildə seçkiləri oğurladığına görə hakimiyyətdə qalmış Maduroya ikinci dəfə seçkiləri oğurlamaqdan bəhrələnməyə imkan verə bilməz.
Birləşmiş Ştatlar demokratiyaya dəstək verən bütün ölkələri 6 dekabr seçki məzhəkəsini pisləməyə və qarşıdakı vaxtlarda legitim Milli Assambleyanı və Müvəqqəti Prezidenti dəstəkləməyə çağırır. Nə Maduro, nə də saxtakarlıqla seçilmiş Milli Assambleya Venesuela xalqının legitim səsini təmsil etməyəcək. Bu səs yalnız azad və ədalətli president seçkilərində ifadə oluna bilər.