Accessibility links

Breaking News

Çində insan haqları pozuntularına görə ödəniləsi bədəl


Çin Xalq Respublikası 2017-ci ildən bəri Sincanda uyğurlar, etnik qazaxlar, qırğızlar və başqa müsəlman azlıqlara qarşı təqibləri artırıb. Təsadüf deyil ki, bu təqiblər 2016-cı ildə Politbüro üzvü Çün Quanquonun Sincan Uyğur Muxtar Rayonunda Kommunist Partiyasının katibi təyin olunmasından sonra başlayıb. Quanquon orada həmçinin Sincan İstehsal və İnşaat Korpusunun başçısı olaraq xidmət göstərir. Sincan İstehsal və İnşaat Korpusu Sincan Uyğur Muxtar Rayonunda Çinin mərkəzi hökümətinin birabaşa nəzarətində olan iqtisadi və yarı-hərbi təşkilatdır və Sincanda çox sayda hökümət fuksiyalarını yerinə yetirir.

Çen Quanquo Sincan Uyğur Muxtar Rayonuna gələnsən sonra orada uyğurları və başqa dini və etnik azlıqların üzvlərini hədəf alaraq nəzarət, həbslər və tərbiyə proqramları tətbiq etməyə başlayıb. Hazırda yüz minlərlə uyğur, etnik qazax, qırğız və digər etnik türk müsəlmanlar saqqal saxlamaq, alkoqol içmək kimi qanun pozuntuları səbəbilə həbs olunurlar.

Birləşmiş Ştatlar və Tramp administrasiyasının hər yerdə məzlum insanların insan haqlarının müdafiə etmək öhdəliyi var. Birləşmiş Ştatlar Xəzinə Departamenti və Dövlət Departamenti Çen Quanquo, Sincan İctaimi Təhlükəsizlik Bürosunun direktoru Vanq Minqşan, Sincanda yüksək səviyyəli Partiya üzvü Ju Hailun, keçmiş təhlükəsizlik rəsmisi Huo Liujun, Sincan İstehsal və İnşaat Korpusunun keçmiş partiya katibi Sun Cinlonq və Sincan İstehsal və İnşaat Korpusunun katib müavini Penq Ciaruinə Sincandakı xalqa tətbiq etdikləri yolverilməz hüquq pozuntuları ilə əlaqələrinə görə sanksiya tətbiq edib.

Xəzinə Departamenti həmçinin İctimai Təhlükəsizlik Bürosu və Sincan İstehsal və İnşaat Korpusunun özünə də sanksiyalar tətbiq edib. Xəzinənin sanksiyaları 13818 nömrəli sərəncama uyğun olaraq Qlobal Maqnitski İnsan Haqları Cavabdehlik Aktını tətbiq edir. Bu akt sanksiya tətbiq olunan insanların Birləşmiş Ştatlara daxil olmasını qadağan edir. Bu sanksiyalar həmçinin onların ABŞ-dakı aktivlərini də dondurur.

Birləşmiş Ştatlar Çində bütün insanların insan halqarını qorumaq üçün dünya ölkələri arasında ən sərt tədbirləri görüb.

“Çin Kommunist Partiyasının Sincanda uyğurlara və başqa müsəlman azlıqlara qarşı insan haqları pozuntuları əsrin ləkəsinə bərabərdir,” dövlət katibi Mayk Pompeo yazılı bəyanatında bildirib. “Tramp administrasiyası Çin Xalq Respublikasının bu qrupları hədəf alan davamlı repressiya, kütləvi ixtiyari həbs, nəzarət, icbari əmək, demoqrafik siyasət, biometrik məlumatların qeyri-ixtiyari toplanması və genetik təhlilə görə gözəçarpan bədəl tətbiq etmək səylərinə başçılıq edib.

“Biz bu gün də bu prinsipial fəaliyyətimizi davam etdiririk.”

XS
SM
MD
LG