Accessibility links

Breaking News

Çinin məcbur etmə kampaniyasına qarşı müqavimət


Çin Kommunist Partiyası uzun zaman Marksist-Leninist ideologiyanı və nüfuzunu bütünü dünyaya yaymağa çalışıb, deyə dövlət katibi Mayk Pompeo yazılı bəyanatda bildirib. Çin Kommunist Partiyasının bunu etməyinin yollarından biri Birləşmiş Cəbhə İş Departamenti vasitəsilədir ki, bu, propaqandan və manipulyasiya yolu ilə xarici və yerli təsir əməliyyatlarını maliyyələşdirən hökümət idarəsidir.

“Bİrləşmiş Cəbhə tez-tez təhsil, biznes, vətəndaş icması qrupları və çinli diaspora icmaları, o cümlədən Sincan, Tibet və Çinin başqa hissələrində baş verən dəhşətli insan haqları pozuntularına qarşı çıxış edən etnik və dini azlıq icmalarının üzvlərini hədələyir,” dövlət katibi Pompeo bildirib.

Çin Kommunist Partiyasının məcburedici taktikaları partiyanın maraqlarına qarşı işləməkdə şübhəli bilinən şəxsləri hədəf alır. Bu taktikalara siyasi təqib vasitəsi kimi hədəf olan insanların və onların ailə üzvlərinin şəxsi məlumatlarının onlayn məkanda sızdırılması daxildir.

Dövlət katibi Pompeo bu manipulyasiyanın qarşısını almaq məqsədilə İmmiqrasiya və Millət Aktı altında Çin Xalq Respublikası və Çin Kommunist Partiyası rəsmilərinə, o cümlədən Birləşmiş Cəbhə İş Departamentində aktiv şəkildə fiziki zorakılıq, oğurluq və şəxsi məlumatların sızdırılması, casusluq, sabotak və ya daxili siyasi məsələlərə, akademik azadlığa, şəxsi məhrəmliyə və ya biznes fəaliyyətinə pis niyyətli müdaxiləyə əl atanlara qarşı viza məhdudiyyətləri tətbiq edib.

Bu pis niyyətli əməllərin məqsədi Çin Kommunist Partiyasının avtoritar siyasətinin bir hissəsi olaraq Birləşmiş Ştatlar və başqa ölkələrdəki regional və yerli liderləri, xaricdəki çinli icmaları, akademik və ya digər vətəndaş cəmiyyəti qruplarını məcbur və ya kooptasiya etməkdir.

“Mən qanunlara əsaslanan beynəlxalq nizamı pozan əməllərə görə cavabdeh olanların Birləşmiş Ştatlarda istənmədiyinı açıq-aydın göstərmək üçün bu cür viza məhdudiyyətlərini tətbiq etməyə davam edəcəm,” dövlət katibi Pompeo bəyan edib.

Birləşmiş Ştatlar Çin Xalq Respublikasını ifadə azadlığını boğmaq üçün məcbur etmə və hədə-qorxu gəlməyə son qoymağa çağırır.

XS
SM
MD
LG