Accessibility links

Breaking News

Əfqanıstanda müharibəyə son qoyuldu


Birləşmiş Ştatlar 20 il sonra Amerika tarixinin ən uzun müharibəsinə son qoyaraq Əfqanıstandakı hərbi missiyasının başa çatdırıb.

ABŞ diplomatları, hərbçiləri və kəşfiyyatçıları Amerika vətəndaşlarını, bizə yardım edən əfqanları və təhlükəyə açıq başqa əfqanları, o cümlədən qadınları, uşaqları, azlıq qrupların üzvlərini, müttəfiqlərimiz və tərəfdaşlarımızın vətəndaşlarını və digərlərini təyyarələrə mindirib, ölkədən çıxarmaq üçün həyatlarını riskə atdılar.

Prezident Co Bayden xalqa müraciətində “Biz tarixdəki ən geniş-miqyaslı hava yolu ilə təxliyəni həyata keçirdik və 120 mindən çox insanı təhlükəsiz yerə evakuasiya etdik.”

ABŞ-ın başçılıq etdiyi əməliyyat nəticəsində 5500-dən çox amerikalı təxliyə olundu. Lakin Əfqanıstanda hələ də 100 ilə 200 arası amerikalının qaldığı təxmin edilir.

“Qalan amerikalılara demək istəyirəm ki, son tarix yoxdur:

“Biz çıxmaq istəyənləri çıxarmağa sadiqik. Dövlət katibi Blinken Əfqanıstanı tərk etmək istəyən hər bir amerikalının, əfqan tərəfdaşın və ya xarici vətəndaşı təhlükəsiz çıxışını təmin etmək üçün diplomatik səyləlri davam etdirir. Buna Əfqanıstanda ölkəni tərk etmək istəyənlərin çıxmasını və Əfqanıstan xalqına humanitar yardımı davam etdirmək üçün hava limanını, habelə quru yolların yenidən açmaq yolunda aparılan səylər daxildir.”

Missiya zamanı İŞİD-K terroçuları ABŞ-ın 13 həbçisini və 170-dən çox mülki vətəndaşı faciəvi surətdə öldürüb.

Prezident Bayden Amerikaya zərər vermək istəyənlərə xəbərdarlıq edib:

“Birləşmiş Ştatlar heç vaxt dayanmayacaq. biz bağışlamayacağıq, bunu unutmayacağıq. Sizi tapıb bunun bədəlini ödəməyə məcbur edəcəyik."

Prezident Bayden bəyan edib ki, prezidentin əsas öhdəliyi Birləşmiş Ştatları 2001-ci ilin deyil, 2021-in və sabahın təhdidlərinə qarşı qorumaqdır:

“Biz Əfqanıstanda və başqa ölkələrdə terrorizmə qarşı mübarizəni davam etdirəcəyik. Sadəcə olaraq bizim bunu etmək üçün quruda müharibəyə ehtiyacımız yoxdur. Bizim raket və dron imkanlarımız var, bu isə o deməkdir ki, biz terrorçuları və hədəfləri orada Amerika hərbçisi olmadan, və ya lazım olsa çox az sayda hərbçi ilə vura bilərik.”

“20 illik müharibəyə, mübarizəyə, cəfa və qurbanlara son qoyduğumuz bir vaxt, artıq keçmişə deyil, gələcəyə - daha təhlükəsiz, daha salamat, xidmət edənlərə və Prezident Linkolnun dediyi kimi “tam sədaqətini verənlərə” hörmət göstərilən gələcəyə- baxmaq vaxtıdır.

XS
SM
MD
LG