Accessibility links

Breaking News

Əfqanıstanla münasibətdə vahid yanaşma əsas amildir


ABŞ Dövlət katibi Antoni Blinken və Almaniyanın xarici işlər naziri Heiko Maas bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən Əfqanıstanla bağlı nazirlər səviyyəsində görüş təşkil edib.

Blinken beynəlxalq aləmin uyğunlaşmasının və əməkdaşlığının xüsusilə vacib olduğu üç sahəyə diqqət yetirib.

Birincisi, Talibanın əcnəbi vətəndaşlara, vizaya sahib olan əfqanlara istədikləri vaxt ölkə xaricinə getməyə icazə verəcəyinə dair söz vermsidir. Təcrübəli insanların ölkəni tərk etməsinin "beyin axınına" səbəb olacağına dair Talibanın etirazına qarşı çıxan Dövlət katibi deyib ki, insanları Əfqanıstanda qalmasının ən yaxşı yolu Əfqanıstanı tərk etmələrinə icazə vermək və əsas hüquqlarını qorumaqdır.

Amerika Birləşmiş Ştatları bütün əfqanların insan haqlarını və əsas azadlıqlarını qorumaq üçün çalışmaqdaa davam edəcək.

İkincisi, Blinken beynəlxalq ictimaiyyətin Taliban qruplaşmasının Əfqanıstanı hər hansı bir ölkəni təhdid edən əməliyyatlar üçün Əfqanıstandan istifadə etməsinin qarşısını almaq öhdəliyinə sadiq qalmağın vacibliyini vurğulayıb.

"Əlbəttə ki, bu öhdəlikləri yerinə yetirmək üçün yalnız Talibana güvənə bilmərik. Hamımız ayıq olmalı və təhdidləri, xüsusən də xaricdən yönəlmiş planların yenidən ortaya çıxmasını izləməliyik və ortaya çıxdıqda onları tez bir zamanda həll etməliyik. Prezident Baydenin açıq şəkildə söylədiyi kimi Amerika Birləşmiş Ştatları hər hansı bir təhdidi neytrallaşdırmaq üçün bölgədə güclü antiterror fəaliyyətini müdafiə edəcək və əgər gəlsə, bu imkanlardan istifadə etməkdən çəkinməyəcəyik" - deyə Blinken əlavə edib.

Üçüncüsü, Dövlət katibi Blinken beynəlxalq ictimaiyyətin ABŞ və BMT-nin terrorçulara qarşı sanksiyaları ilə bərabər Əfqanıstan xalqının həyati mahiyyət kəsb edən humanitar yardımla təmin edilməsinin vacibliyini vurğulayıb.

"Bu üç əsas məqsədin hamısı Talibanla əlaqə qurmağı tələb edəcək, ancaq digər ölkələrlə davranışlardan fərqli olaraq, Talibanla təxliyə müddətində və hazırda davam etdirdiyimiz davranışda əhəmiyyətli bir fərq var" - deyə, Blinken qeyd edib. O deyib ki, Talibanın legitimliyinin zamanla tanınması istəyi onun beynəlxalq ictimaiyyətin əsas gözləntilərinə cavab verməsindən asılı olacaq. Buraya son 20 ildə qadınların, uşaqların, jurnalistlərin, əlillərin, LGBTQI+ cəmiyyətinin üzvlərinin və azlıq qruplarının hüquqlarını genişləndirən nailiyyətlərə hörmət daxildir.

"Ortaq maraqlarımızı təmin etmək üçün Talibanla əlaqələrimiz tutarlı, aydın, diqqətli və yenə də mümkün olduğu qədər uyğunlaşdırılmış olmalıdır" , Blinken əlavə edib

XS
SM
MD
LG