Accessibility links

Breaking News

Əsəd rejimi kimyəvi silahlardan istifadəyə görə cavabdeh tutulmalıdır


Duma
Duma

Apreldə Suriyada iki faciəvi kimyəvi silah hücumlarının ikinci ildönümüdür. Onlardan biri 2017-ci ilin aprelin 4-də, Əsəd rejimi İdlib qubernatorluğundakı Xan Şeyxum şəhərinə, ikinci isə 2018-ci ilin aprelin 7-də Duma şəhərinə kimyəvi silah atdığı zaman baş verib. Bu hücumlar nəticəsində buraxılan boğucu zəhər onlarla günahsız qadın, kişi və uşağın ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb oldu.

Birinci Dünya Müharibəsində kiməyvi silahardan hücumun səbəb olduğu dəhşətli əzablar nümayiş etdiyildiyi zaman beynəlxalq ictimaiyyət ilk öncə onlardan istifadə, daha sonra isə onların sistehsalını və toplanmasını qadağan etdi.

Əsəd rejiminin kimyəvi silahlardan istifadəsi Birləşmiş Millətlər Təşkilatı və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (OPCW) tərəfindən təsdqilənib.

Bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasında Suiryada kimyəvi silahardan istifadə barədə çıxış edən ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild Birləşmiş Ştatların “Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının və onun araşdırma qurumlarının qərəzsiz və müstəqil işinə” davamlı dəstəyini təsdiqləyib.

Səfir Tomas-Qrinfild qeyd edib ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının qarşıdan gələn Dövlət Üzvləri Konfransı beynəlxalq ictimaiyyət üçün “Əsəd rejiminə kimyəvi silahlardan istifadənin sadəcə olaraq qəbuledilməz olduğuna və bunun ciddi nəticələri olacağına dair mesaj göndərməsi üçün güclü müsaj göndərmək”fürsəti verir. O, üzv ölkələri qətiyyətli addımlar atmağa və Kimyəvi Silahlar Konvensiyası altında Suriyanın haqları və imtiyazlarını dayandırmağın lehinə səs verməyə çağırıb.

İllərlə Suriyada çalışan Dr. Amani Ballurun Təhlükəsizlik Şurası qarşısındakı çıxışını xatırlayan səfri Tomas-Qrinfild qeyd edib ki, həkimin həyatının ən pis gecəsi “o, uşaqların sarinə məruz qaldıqdan sonra boğulduqları xəstəxanaya gəldiyi”gecə olub.

“Suriyanın qadın və uşaqları gözləyirlər,” səfir Tomas-Qrinfild deyib. “Onlar Təhlükəsizlik Şurasının kimyəvi silah hücumlarının qəbuledilməz olduğunu dediyini bilirlər. Onlar bizim Əsəd rejimini cavabdeh tutmaq gücümüzün olduğunu bilirlər. Ona görə də gəlin addım ataq və onlara göstərək ki, onlar bizim qayğımıza dəyərlər.”

XS
SM
MD
LG