Accessibility links

Breaking News

Əsəd yenidən kimyəvi silahlardan istifadə edib


Kimyəvi Silahların Qadağan Edilməsi üzrə İstintaq və Müəyyənləşdirmə Qrupunun (IIT) yeni hesabatı rəsmi olaraq Suriyanın hərbi qüvvələrini qadağan olunmuş kimyəvi silahlardan istifadə etməkdə günahlandırıb. Birinci Dünya Müharibəsi dövründə tərəflər arasında ilk dəfə istifadə edilən kimyəvi silahlar ayrı-seçkilik qoymadan öldürür və ya şikəst edir.

Bu silahlar dəhşətli əzablara səbəb olur və hücumlardan sağ qalanlar isə eybəcər hala düşür, ümumiyyətlə ömür boyu şikəstliyə düçar olur.

Beynəlxalq ictimaiyyət 1925-ci il Cenevrə Protokolunun tətbiqi ilə müharibələrdə kimyəvi silahların istifadəsini qadağan edib və daha sonra Kimyəvi Silahlar Konvensiyası kimyəvi silahların istifadəsini, inkişaf etdirilməsini, istehsalını, əldə edilməsini, yığılmasını, saxlanmasını və kimyəvi silahların ötürülməsini yasaqlayıb.

Buna baxmayaraq, Əsəd rejimi bu silahlardan təkrarən təkcə rəqib qüvvələrə qarşı deyil, həm də qəsdən əsasən mülki məhəllələri hədəf alaraq istifadə edib.

OPCW IIT-nin hesabatına görə,2018-ci il fevralın 4-də Suriya hərbi helikopteri üsyançıların nəzarətindəki Saraqeb qəsəbəsinə bir xlor qazı bombası atıb. Nəticədə 12 nəfər yaralanıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays yazılı açıqlamasında "bu son aşkalama heç kim üçün sürpriz olmamalıdlr" deyib.

“Əsəd rejimi bəziləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər səviyyəsinə yüksələn saysız-hesabsız vəhşiliklərin məsuldur. Rejim Suriya xalqının islahat və dəyişiklik çağırışlarına davamlı olaraq ölüm və məhvedilmə ilə cavab verir," deyə sözçü əlavə edib.

Əsəd rejimi və onun əsas yardımçısı Rusiya Suriyanın hökumət qüvvələri tərəfindən kimyəvi silahlardan istifadəni qətiyyətlə inkar etməkdə davam edir, əksinə üsyançıları hücumlar təşkil etməkdə və dəlillər uydurmaqda günahlandırır.

Prays deyib ki, heç bir dezinformasiya, sui-qəsd nəzəriyyəsi və ya faktların təhrif edilməsi Əsəd rejiminin cinayətlərinin pərdəsi ola bilməz."

“Bütün məsul dövlətlər buna qarşı qlobal normanı qoruyaraq, kimyəvi silahların yerləşdirilməsinə qarşı həmrəylik nümayiş etdirməli və Əsəd rejimi, habelə bu dəhşətli silahlardan istifadə etməyi seçən hər kəsi məsuliyyətə cəlb etməyə hazır olmalıdır," deyə vurğulanır.

XS
SM
MD
LG