Accessibility links

Breaking News

Belarusda ədalətsiz prezident seçkisi


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Belarusun 1994-cü ildən bəri prezidenti olmuş Aleksandr Lukaşenko avqustun 9-da keçirilən seçkidə də qələbə çaldığını iddia edib. Belarusun yüz minlərlə vətəndaşı onun 80 faiz səslə qələbə qazanmasına etiraz edərək, küçələrə axışıblar və seçki nəticələrinin saxtalaşdırıldığını deyiblər. Hökümət qüvvələri etirazlara cəld və sərt reaksiya verərək, minlərlə etirazçını, jurnalisti və müxalifət üzvü döyüb, həbs edib. Azı dörd etirazçı öldürülüb.

Seçkidən sonra Belarus müxalifətinin iki lideri ölkədən qaçıb. Onlardan biri aparıcı müxalifət lideri Svetlana Tixanovskayadır. O, həyat yoldaşı siyasi bloger Sergey həbs olunaraq, prezident seçkisində iştirak etməsi qadağan olunandan sonra prezidentliyə namizədliyini irəli sürmüşdü.

Belarusun bir çox şəhərində etirazlar davam edir. Avqustun 16-da Minksdə 100 mindən çox etirazçı aksiya keçirib. Etirazçıların bir hissəsi “Ağ Geyimdə Qadınlar” kampaniyasının üzvləridirlər. Onlar zorakı təqiblərə qarşı çıxırlar və polisin yaxınlarını sərəbəst buraxmasını tələb edirlər.

Ağ geyimdə, əllərində gül daşıyan qadınlar ötən həftədən başlayaraq Minskdə nümayiş keçirməyə başlayıblar. Lakin bundan əlavə Almaniya, Polşa, Belçika, Ukrayna və Rusiyada da bənzər etirazlar keçirilib.

Belarus xalqının mübahisəli seçkiyə reaksiyasından aydın görünür ki, onlar Aleksandr Lukaşenkonun iyirmi ildən çox müddətdə edə bilmədiklərinin həsrətindədirlər. Beynəlxalq ictimaiyyət Belarus xalqının çağırışını eşidib və onların demokratik təşəbbüslərini dəstəkləyir.

Birləşmiş Ştatlar və Avropa liderləri Belarusda keçirilən seçki ilə bağlı dərin narahatlıq idafə ediblər və seçkinin nə azad nə də ədalətli keçdiyini bildiriblər. Onlar həmçinin hökümətin etirazlara zorakı reaksiyası, jurnalistləri hədəf alması, saxlanılan insanlara qarşı zorakılığın tətbiq edilməsi və internetin kəsilməsi ilə bağlı da narahatlığını ifadə edib.

Dövlət katibi Mayk Pompeo bu yaxınlarda Polşaya səfəri zaman deyib ki, “Ortaq məqsəd Belarus xalqını suverenliyini, azadlığını əldə etmək yolunda dəstəkləməkdir. Bu insanlar hər bir insanın istədiyi ən əsas şeyləri tələb edirlər: öz hökümətlərini seçmək haqqını. Ona görə də, biz Belarus rəhbərliyini dairəni genişləndirməyə və vətəndaş cəmiyyəti ilə Belarus xalqının tələb etdiyi məkəzi anlayışları əks etdirən yollarla əlaqə yaratmağa çağırırıq.

XS
SM
MD
LG