Accessibility links

Breaking News

İran rejimi xalqını susdurur


Baharə Hidayət
Baharə Hidayət

İranın açıq şəkildə bəyan etdiyi kimi nüvə proqramını genişləndirmək məramı; onun ballistik raketlər atması; terrorçu əlaltılarına və Bəşar əl-Əsədin qatil rejiminə davamlı dəstəyi və onun totalitar müttəfiqi Çinlə 25 illik “strateji tərəfdaşlıq” qurmaq üzərində apardığı danışıqlar dünya miqyasında təlaş doğurur.

Ancaq İran rejiminin narahatlıq doğuran bəd əməlləri sırasında yadda saxlanılmalı digər məqam hökumətin İran xalqına verdiyi əzabdır.

Nyu Yorkda qərargahlanan İranda İnsan Haqları Mərkəzi bu yaxınlarda qadın haqları üzrə tələbə fəal Baharə Hidayətin 4 il 8 ay azadlıqdan məhrum edildiyini xəbər verib.

Ona qarşı “milli təhlükəsizlik əleyhinə işbirliyi və toplaşma” və “dövlətə qarşı təbliğat” ittihamları irəli sürülüb. Ona qarşı cinayət işi 2020-ci ilin yanvarında İslam İnqilabı Qvardiyası Korpusu tərəfindən Ukrayna sərnişin təyyarəsinin vurulmasından sonra Tehranda dinc nümayişlərə qatılmasından sonra açılıb.

Tvitterdə yazdığı mesajda xanım Hidayət təyyarədə həlak olmuş 176 adamın ölümünü İran təhlükəsizlik qüvvələrinin 2019-cu ilin noyabrında ölkə boyu anti-hökumət nümayişçilərini öldürməsi ilə müqayisə etmişdi.

Dinc vətəndaş haqları müdafiəsi uğrunda fəaliyyətinə görə altı il həbsdə yatmış xanım Hidayət heç kəsin törədilən akta görə cinayət məsuliyyətinə cəlb olunmadığı Ukrayna təyyarəsinin vurulmasına etiraz etmək nəticəsində cəza ilə üzləşən yeganə şəxs deyil.

Onlarla iranlı İslam İnqilab Qvardiyası Korpusunun faciədə oynadığı rola etiraz etdiyinə görə həbs və bəzi hallarda şallaq cəzaları alıblar.

Birləşmiş Ştatlar İran xalqının, o cümlədən Baharə Hidayətin və başqa etirazçıların öz fundamental haqlarını ifadə etdiklərinə görə çəkdiyi əzabları unutmayıb. Birləşmiş Ştatlar rejimi insan haqları pozuntularına görə qınamaqda davam edir; o, repressiyalarda iştirak edən hökumət rəsmiləri – o cümlədən nazirlər, hakimlər, hüquq-mühafiə orqanları əməkdaşları və hərbi liderlərə qarşı sanksiyaları davam etdirir. Və o, rejimin ölkə xaricində və daxilində naqis davranışına imkan verən resurslardan məhrum etmək üçün maksimum təzyiq kampaniyasını davam etdirir.

Dövlət Katibi Mayk Pompeonun dediyi kimi, “Biz aydın edirik ki, dünya baxır və rejim öz xalqını uzun illərin əzabkeş qurbanlarına çevirdikcə, biz sakit durmayacağıq… Birləşmiş Ştatlar… İran xalqının uzun müddət eşidilməyən səsini dəstəkləyəcək.”

XS
SM
MD
LG