Accessibility links

Breaking News

Suriyanın Quta şəhərinə qaz hücumunun ildönümü


Avqust ayında Suriyanın Quta şəhərinə ölümcül kimyəvi hücumun yeddinci ildönümü tamam oldu. 2013-cü il, 21 avqustda Bəşar əl-Əsədin rejimi Dəməşqin civarında çoxu uşaqlar olmaqla 1,400 suriyalını sarin kimyəvi maddəsi ilə zəhərləyərək öldürdü.

Həmin qəddarlığın qurbanlarının xatirəsinə Birləşmiş Ştatlar Əsəd rejiminin hərbi, hökumət və maliyyə yardımçılarına altı sanksiya tətbiq etdi.

Birləşmiş Ştatlar 13894 saylı İcraçı Sərəncamı ilə Əsədin tərəfdarı olan Yasir İbrahimə Suriya münaqişəsinin siyasi həllinə mane olduğuna görə sanksiya tətbiq edib. Yaxın Şərq və digər yerlərdəki şəbəkələrindən istifadə edərək İbrahim suiriyalıların ərzaq və dərman çatışmazlıqlarından öldükləri bir vaxt Əsədi varlandırmaq üçün korrupsioner sövdələşmələrə girib.

Birləşmiş Ştatlar həmçinin 13894 saylı İcraçı Sərəncamına müvafiq olaraq Suriya hərbi bölmələrinin bir neçə liderini həmin ölkədə atəşkəs əldə olunmasının qarşısını aldıqlarına görə hədəf alıb. ABŞ Suriyanın Milli Müdafiə Qüvvələrində komandir Fadiq Saqrı müəyyən edib. 4-cü Diviziyada 42-ci Briqadanın komandiri General Briqadir Ğait Dalah da siyahıya əlavə olunub. Nəhayət, Pələng Qüvvələrində "Heydər Taqımı"-nın komandiri Samir İsmayıl siyahıda yer alır.

“Bu yüksək rütbəli rəsmilər uşaqları çəllək bombaları ilə öldürən və Quta kimi icmalara qarşı kimyəvi silahlardan istifadə edən həmin Suriya hərbi qüvvələrinə rəhbərlik edirlər,” Dövlət Katibi Mayk Pompeo deyib. “Onlar vətəndaşlarla onları qorumağa öhdəlik götürmüş hərbi qüvvələr arasındakı sosial kontraktı alt-üst ediblər.”

2020-ci ilin iyunundan bəri Birləşmiş Ştatlar Əsədin qəddar siyasətini həyata keçirən 55 şəxsi müəyyən edib.
XS
SM
MD
LG