Üç Dəniz Təşəbbüsünə Baltik, Qara və Adriatik dənizlərin arasında yerləşən Avropa İttifaqına üzv 12 demokratik ölkə daxildir. Təşəbbüsün məqsədi Rusiya və Çin kimi avtoritar rejimlərin pis təsirinə qarşı çəpər kimi yeni infrastrukturlara sərmayeni və bununla da şimalla cənub arasında əlaqələri, iqtisadi artımı və enerji təhlükəsizliyini təbliğ etməkdir.
ABŞ dövlət katibi Mayk Pompeo bu yaxınlarda Üç Dəniz Sammitində çıxış edərək üzv ölkələri “insanlarımızın həyatlarını yaxşılaşdırmaq üçün önümüzdəki imkanlardan” istifadə etməyə çağırıb:
“Bizim indi inkişafı başlatmaq və özəl sektora sərmaye cəlb etmək, eyni zamanda isə uzun müddətli yaşayış standartlarını yüksəltmək imkanımız var. Bundan əlavə bizim infrakstruktur və enerji bazarlarımızı gələcək nəsillər üçün iqtisadi təhlükəsizlik yaradacaq şəkildə əlaqələndirmək imkanımız var.”
Katib Pompeo deyib ki, büzgün maliyyələşdirilmiş və fəaliyyət yönümlü Üç Dəniz Təşəbbüsü bu məqsdələrə çatmağa yardım edəcək. Lakin o xəbərdarlıq edib ki, hətta indi “Moskva və Pekindəki avtoritarlar infrastruktur razılıqlarını azad insanlar üzərində strateji və siyasi üstünlük qazanmaq üçün təklif edirlrə. Biz buna Nord Stream 2-də şahid olmuşuq. Biz Çinin infrastruktur sazişlərinin Laosdan tutmuş Monteneqro və Pakistana kimi dünya boyu dağıdıcı təsirlərini müşahişə etmişik.”
Birləşmiş Ştatlar avtoritar qüdrətlərin azad ölkələrin suvernlik və azadlıqlarını yenidən təhlükəyə atdığını görmək istəmirik. ABŞ Üç Dəniz infrastruktur layihəərinə bir milyard dollara qədər sərmayə qoyacağını elan etməklə bu qəyittəti göstərib.
Dövlət katibi Pompeo Fonda hələ ki, sərmaye qoyan Üç Dəniz Təşəbbüsünün üzv ölkələrini artıq bunu etməyə, digər üzv ölkələri ilə əlavə investisiyalar etməyə çağırıb.
Növbəti addım özəl sektoru gücləndirmək olmalıdır. Dövlət katibi Pompeo deyib ki, bunun üçün ədalətli və bərabər meydan olmalıdır. “Ölkə siyasətinin mümkün olduğu qədər cəzedici olması, dövlətə məxsus müəssisələrə üstünlük verməməsi mühümdür.”
Narahatlıq doğuran bir digər məsələ təhlükəsizlikdir. “Çin Kommunist Partiyasə sizin məlumatlarınızı toplayır,” Pompeo xəbərdarlıq edib. Etibarsız satıcıların mühüm telekommunikasiya, enerji və nəqliyyat şəbəkələrinə daxil olmalarına icazə verilməməlidir.
Nəhayət katib Pompeo deyib ki, sözlərin əmələ çevrilməsi mühümdür. “Mən sizi transmilli layihələrdən ilkini tez bir zamanda bir niyyət olmaqdan həyata keçirməyə hazır vəziyyətə gətirməyə çağırıram.”
“Siz irəlilədikcə, yalnız olmayacağınızı bilməlisiniz,” dövlət katibi Pompeo bildirib.