Accessibility links

Breaking News

ABŞ və Hindistan yeni müdafiə əməkdaşlığı razılığı imzalayıb


Birləşmiş Ştatlar və Hindistan dövlət katibi Mayk Pompeo və müdafiə katibi Mark Esperin bu yaxınlardakı səfəri zamanı yeni təməl müdafiə razılığı imzalayıblar. Təməl Mübadilə və Əməkdaşlıq Sazişi kimi tanınan razılıq ABŞ və Hindistan ordularına xəritə və peyk görüntülərini paylaşmağa və bununla iki ölkənin personalı və müdafiə sistemləri arasında koordinasiyanı artırmağa imkan yaradacaq.

Dövlət katibi Pompeo deyib ki, Birləşmiş Ştatlar və Hindistan Çin Kommunist Partiyasının törətdiyi təhlükələr fonunda bütün sahələrdə əməkdaşlığı artırırlar:

“Bizim liderlərimiz və vətəndaşlarımız açıq-aydın görürlər ki, Çin Kommunist Partiyası azad, açıq və çiçəklənən Hind-Sakit Okean regionunun təməli olan demokratiya, qanun aliliyi, şəffaflıq və naviqasiya azadlığının dostu deyil.”

Dünya qlobal pandemiya və artan təhlükəsizlik problemləri ilə mübarizə apardığı bir vaxt Birləşmiş Ştatlarla Hindistan arasında əməkdaşlıq təhlükəsizlik, sabitlik və region və dünyada firavanlığı təmin etmək üçün həmişəkindək daha əhəmiyyətlidir. Bunu müdafiə katibi Esper söyləyib:

“İlk ABŞ-Hindistan Müdafiə Təşəbbüsündən on bş il sonra iki ölkə arasındakı müdafiə əlaqələri bizim ikitərəfli münasibətlərimizin əsas təməli olaraq qalır. Biz ortaq dəyərlərimiz və maraqlarımıza əsaslanaraq, xüsusilə də Çin tərəfindən aqressiyanın və sabitliyi pozan fəaliyyətlərin artması fonunda azad və hər kəsə açıq Hind-Sakit okean regionunu dəstəkləmək üçün çiyin-çiyinəyik.”

Birləşmiş Ştatlar Hindistanla hərtərəfli müdafiə əməkdaşlığına açıq olduğunu bir daha vurğulayıb və regional təhlükəsizlik sahəsində əməkdaşlığı, hərbi əlaqələri və müdafiə ticarəti sahəsində əməkdaşlığı artırmaq imkanlarını müzakirə edib. Katib Esper deyib ki, buna Hind-Sakit okean regionu, Cənub-şərqi Asiyada ikitərəfli müdafiə əməkdaşlığını artırmaq daxildir.

ABŞ-la Hindistan arasında müdafiə sahəsində əməkdaşlığın artdığı Hindistan Donanması ilə USS Nimiz Daşıyıcı Hücum Qrupunun keçirdiyi birgə təlimlər vasitəsilə nümayiş etdirilib. Bundan əlavə ABŞ Hindistanla hərbi kommunikasiyaları paylaşıb və hər iki ölkənin artan təhlükələrlə üzləşdiyi domeynlərdə əməkdaşlığı artırmaq üçün yeni kiber və kosmik dialoqlar qurur.

Dünyanın iki ən böyk demokratiyası olan Birləşmiş Ştatlarla Hindistan arasında əməkdaşlıq davamlı, güclü olmağa və artmağa davam edir.

XS
SM
MD
LG