Accessibility links

Breaking News

ABŞ müharibə cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını istəyir


Birləşmiş Ştatlar dünya boyu kütləvi vəhşilik törədən şəxsləri məsuliyyətə cəlb etmək qətiyyətindədir. Bu məqsədə çatmaq üçün təsis olunan proqramın adı Müharibə Cinayətləri Mükafatları Proqramıdır.

Bu proqram beynəlxalq, hibrid və ya qarışıq tribunallar tərəfindən müharibə cinayətləri, soyqırım yaxud insanlığa qarşı cinayətlərə görə axtarılan şəxslərin həbsi, transferi və ya mühakiməsi ilə nəticələnəcək məlumata görə 5 milyon dollaradək mükafat təklif edir.

Proqram ABŞ Dövlət Departamentinin Qlobal Cinayət Mühakiməsi İdarəsi tərəfindən idarə olunur. Bu idarəyə isə Qlobal Cinayət Mühakiməsi üzrə səfir Mors Tan başçılıq edir.

Səfir Tan müsahibəsində bildirib ki, hazırda Müharibə Cinayətləri Mükafatları Proqramı diqqəti 1994-cü ildə Rvandada azı 800,000 kişi, qadın və uşağın ölümü ilə nəticələnən soyqırımdakı roluna görə Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizmi tərəfindən axtarışda olan altı nəfərə yönəldib.

Səfir Tan 2020-ci ilin may ayında Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizminin siyahısında yer alan müharibə cinayətkatlarından birinin saxlandığını bildirib:

“Rvanda soyqırımını təşviq edən və maliyyələşdirən əsas insanlardan biri olan Felisien Kabuqa Paris yaxınlığında saxlanılıq. O, 26 il boyunca axtarışda idi və müharibə cinayətləri proqramının siyahısının başında yer alan insanlardan biri idi. Onun saxlanması böyük bir addım oldu,” o deyib.

Müharibə Cinayətləri Mükafatları Proqramının siyahısında yer alan və Beynəlxalq Mexanizm tərəfindən axtarışda olan digər altı rvandalıya Proteais Mpiranya, Fulgens Kayişema, Aloys Ndimbati, Feneas Munyaruqarama, Çarls Sikubvabo və Ryandikayo daxildir. Bu şəxslər barədə hər hansı məlumata sahib insanlar wcrp@state.gov və ya +1-202-975-5498 nömrəsinə SMS və ya WhatsApp mesajı göndərməklə Proqramla gizli əlaqə saxlaya bilərlər.

Səfir Tan deyib ki, bu cür insanların törətdiyi vəhşiliklər cəzasıs qalmaması çox mühümdür.

“Bu, ədalətin təmin olunması üçün vacibdir. Eyni zamanda isə bu bu cür kütləvi cinayətlərin qarşısının alınması baxımından preventativ rol oynayır.”

“Cavabdehldik bu cür haqsızlıqların gələcəkdə təkrarlanmasının qarşını almaq üçün ən yaxşı yoldur,” səfir Tan bəyan edib.

XS
SM
MD
LG