Accessibility links

Breaking News

ABŞ Qlobal Cinayət Mühakiməsini Dəstəkləyir


Beynəlxalq Cinayət Məhkəməsi
Beynəlxalq Cinayət Məhkəməsi

Birləşmiş Ştatlar beynəlxalq ədalətin möhkəm şəkildə təmin olunmasına sadiqdir. Dünya boyu digər xarici nazirliklər arasında misilsiz olan Dövlət Departamenti kütləvi vəhşiliklərlə mübarizəyə ayrılmış xüsusi idarəsi var. Qlobal Cinayət Mühakiməsi İdarəsinə başçılıq edən səfir Mors Tan bu yaxınlarda verdiyi müsahibədə bunları söyləyib:

“Biz soyqırım, müharibə cinayətləti, insanlığa qarşı cinayətlər və bu cür ədalətsizliklərə və bu cür ədalətsizliklərin qarşısını almaq üçün edə biləcəklərimizi nəzərdə tuturuq. Bizim məqsədimiz budur.”

Səfir Tan deyib ki, onun idarəsi dövlət katibinə məsləhət verir və ABŞ hökümətinin qlobal cinayət mühakiməsi ilə bağlı məsələr üçün çox sayda resurslarından istifadə etməsinə yardım edir:

“Söhbət iqtisadi, diplomatik, hüquqi və hərbi resurslardan gedir. ABŞ hökümətinin bir sıra müxtəlif alətləri var. Biz həmçinin, belə desək, siyasət mağazasıyıq.”

Səfir Tan deyib ki, Qlobal Cinayət Mühakiməsi İdarəsinin fundamental missiyası Beynəlxalq Cinayət Məhkəməsi ilə eynidir. Bu isə kütləvi vəhşiliklərə görə cavabdeh olanları məsuliyyətə cəlb etməkdir. Amma ABŞ suverenlik kimi məsələlər səbəbilə heç vaxt Beynəlxalq Cinayət Məhkəməsini yaradan Roma Statusuna üzv olmayıb. Və təəssüf ki, Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq cinayətlərin təhqiq edilib, cəzalandırılması üçün son çarə məhkəməsi mandatından kənara çıxıb. Səfir Tanın sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsi bunun əvəzinə “siyasiləşdirilib və korlanıb.”

O deyib ki, Birləşmiş Ştatlar kütləvi vəhşiliklərə görə cavabdehliyin axtarılması məsələsində dünya ölkələri arasında birinci yerdə gəlir.

“Beynəlxalq Cinayət Məhkəməsi yarı ölkədaxili, yarı beynəlxalq olan yeganə beynəlxalq, qarışıq və ya hibrid məhkəmə deyil. Bu həmçinin Livan üzrə Xüsusi Tribunal, Kosovo üzrə Xüsusi Palata, Suriyada törədilən vəhşiliklərlə bağlı məlumat toplaşamağa çalışan Müstəqil Qərəzsiz və Müstəqil Mexanizm, habelə Myanmada törədilən vəhşiliklərlə bağlı dəlil toplamağa çalışan Myanma üzrə Müstəqil Təhqiqat Mexanizminə də aiddir. Biz bunların hamısını dəstəkləyirik və dəlil toplamağa yardım edirik.”

Səfir Tan deyib ki, Birləşmiş Ştatlar qlobal ədalət axtarışına “tamamilə sadiq və qətiyyətlidir”. “Bukütləvi vəhşiliklərdən əziyyət çəkənlər haqda düşüncələr bizə güclü motivasiya verir,” o deyib və əlavə edib ki, “biz bu missiya üçün resurslarımızı təklif edib, onları artırıq.”

XS
SM
MD
LG