Accessibility links

Breaking News

Belarusda kütləvi insan haqları pozuntularının üstü açılıb


belarus abuses
belarus abuses

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Belarusda saxtalaşdırılmış 9 avqust seçkiləri zamanı və daha sonra Aleksandr Lukaşenko rejimi tərəfindən törədilən kütləvi və sistemik insan haqları pozuntularını üzə çıxaran hesabat yayıb.

ATƏT-in hesabatında iddia olunur ki, Lukaşenkonun təqiblərinin əsas məqsədi “nümayişçiləri cəzalandırmaq və onları və digər potensial etirazçıları qorxutmaq idi.”

Dinc nümayişçilərə, müxalif fəallara və jurnalistlərə qarşı insan haqları pozuntularına işgəncə, ixtiyari həbs və ifadə, birləşmək və dinc toplaşmaq azadlığı daxildir.

Aparıcı müəllif və beynəlxalq hüquq üzrə professor Volfqanaq Benedek hesabatda qeyd edir ki, təhlükəsizlik qüvvələrinin siyasi müxalifətə qarşı təqibləri çərçivəsində törədilən işgəncələr və pis rəftara görə hələ ki, heç kəsin cavabdeh tutulması xüsusi narahatlıq doğurur. Bu isə yəm də siyasi məsələlərdə ədalətli mühakimənin olmaması səbəbilə cəzasızlıqla bağlı ittihamları təsdiq edir.”

Belarusda mübahisəli seçkidən bəri kütləvi nümayişlər keçirilir ki, bu da 26 ildir hakimiyyətdə olan və seçkinin saxtalaşdırıldığını inkar edən Prezident Lukaşenko üzərində təzyiqi artırıb.

Mətbuatda yer alan məlumatlara görə, prezident Lukaşenko ölkənin qərb sərhədini bağlamaqla, daxili işlər naziniri əvəzləməklə və etirazlara nəzarət edən təhlükəsizlik zabitlərini nümayişçilərə qarşı təqibləri artırmağa çağırmaqla hakimiyyətini gücləndirib.

“Belarus xalqının möhkəmliyi və ləyaqəti Birləşmiş Ştatlara ilham verməyə davam edir,” dövlət katibi Mayk Pompeo bəyanatında bildirib. “Birləşmiş Ştatlar Belarus hakimiyyətini təqibləri dayandırmağa və Belarus xalqının müstəqil müşahidəçilərinin nəzarəti altında azad və ədalətli seçkilərin keçirilməsi tələblərini yerinə yetirməyə çağırır.”

ATƏT-in hesabatındakı tövsiyyələrə Belarus hakimiyyətini böhrana son qoymağın yolları daxildir. Plana bunlar daxildir: ATƏT-in müşahidə missiyası; Belarus xalqına qarşı zorakılığa son qoyulması; keçmiş haqq pozuntulara görə cavabdeh olanların məsuliyyətə cəlb olunması. Bundan əlavə ədalətsiz şəkildə həbs olunanlar azadlığa buraxılmalıdır və siyasi müxalifətin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə mənalı milli dialoq aparılmalıdır.

Birləşmiş Ştatlar Belarus xalqının azad və ədalətli seçki istəyini dəstəkləyir.

XS
SM
MD
LG