Accessibility links

Breaking News

Tiqrayda döyüşlərə son qoyulmalıdır


Noyabrən 4-də Efiopiyanın şimalında Tiqray ərazisində Tiqray Regionunun xüsusi qüvvələri ilə Efiopiya Milli Müfadiə Qüvvələri arasında başlayan münaqişə nəticəsində yüzlərlə efiopiyalı ölüb, minlərlə insan didərgin düşüb.

Bu döyüş köhnə rejim ilə iki ilk öncə hakimiyyətə seçilən rejim arasında etnik zəminə əsaslanan hakimiyyət üzərində mübarizənin nəticəsidir. Yeni rejim özünü etnik fərqliliklərə əsaslanan keçmiş avtoritarizmdən uzaqlaşdırır. Yeni rejim həmçinin diqqəti Efipopiyada milli birliyə çəkən demokratik, siyasi və iqtisadi islahatlar həyata keçirmək üzərində işləyir.

“Bu, bir-birinə qarşı döyüşən iki suveren ölkə deyil. Bu, Efiopiyada mərkəzi hökumətə qarşı zorakılıqlar etmək qərarına gələn regiona başçılıq edən hökumətin fraksiyasıdır” – dövlət katibinin Afrika məsələləri üzrə yardımçısı Tibor Nagi telekonfrans zamanı bildirib.

Dövlət katibi Mayk Pompeo bu yaxınlarda Efiopiya baş naziri Abiy Əhmədlə telefon danışığı zamanı döyüşlərə son qoyulmasına və münaqişənin həlli üçün konstruktiv dialoqa çağırıb. O, Birləşmiş Ştatlar və Avropa İttifaqından nümayəndə heyətinin, habelə digər beynəlxalq tərəfdaşların dialoq və barışığa yardım etməyə hazır olduğunu vurğulayıb.

Təssüf ki, döyüşçülərin qəsdən mülki şəxsləri həfə aldıqlarına dair etibarlı məlumatlar mövcuddur.

Biz mülki vətəndaşlara qarşı vəhşiliklər və hücumlarla bağlı bütün məlumatların müstəqil əkilsə araşdırılmasına çağırırıq. Cavabdeh olanlar qanuna uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar”– deyə, dövlət katibinin müavin Nagi bildirib.

Efiopiya höküməti noybarın 28-də Tiqrayda böyük hərbi əməliyyatların başa çatdığını elan edib. Lakin buna baxmayaraq Tiqrayın paytaxtı Mekeleyə yaxın müxtəlif ərazilərdə və regionun paytaxtı daxilində döyüşlər davam edir.

Döyüş nəticəsində didərgin düşən bir çox efiopiyalı evlərini tərk edərək, Sudanla sərhədi keçirlər. Birləşmiş Ştatlar indiyədək münaqişədən qaçan 45,000 qaçqınla bağlı planlar barədə beynəlxalq və daxili humanitar rəsmilərlə yaxın əlaqə saxlayır.

Dövlət katibi Pompeo baş nazirlə telefon danışığı zamanı həmçinin mülki vətəndaşları, o cümlədən qaçqınları və Sudana qaçan vətəndaşları əlavə zərərdən qorumağın vacibliyini vurğulayıb. O, ehtiyacı olanlara yanacaq, ərzaq və tibbi ləvazimatlar daxil olmaqla sərbəst humanitar yardımın axımını təmin etmək üçün beynəlxalq humanitar təşkilatların Tiqray regionuna çıxışına icazə verməyin vacibliyin vurğulayıb.

Birləşmiş Ştatlar Efiopiya xalqını dəstəkləyir və sülh, firavanlıq, demokratiya və qanunun aliliyinə sadiq olan hər kəslə işləyəcək.

XS
SM
MD
LG