Accessibility links

Breaking News

Milad


25 dekabr Xristian dünyasının ən vacib müqəddəs günlərindən biridir. Bu gün xristianların Tanrı, xilaskar, dünyanın işığı hesab etdiyi İsa Məsihin təxminən 2000 il öncə doğulması qeyd olunur. Onun valideynləri Meri və Cozef yoxsul idilər və ənənəyə əsasən onun qışın soyuğunda dünyaya gəldiyi deyilir.

Qədim zamanlardan bəri Şimal yarımkürəsində yaşayan insanlar qış gündönümünü qeyd ediblər ki, bu, günəş işığının uzaqlaşması ilə günlər uzanır və təbiət yenilənir. Dünya boyu qədim insanlar ilin dəyişməsini və günəşin yenidən çıxmasını təntənə və ətraflı adətlərlə qeyd edirdilər ki, bu adətlərin bəziləri bu gün də ənənəyə çevrilib. İsanın doğum gününü gündönümünə yaxın vaxta qeyd etmək bu qədim arzulara hələ də dünya boyu bir çox başqa icmalarda mövcud olan qışın ortasında keçirilən mərasimlərə əsaslanıb.

Dekabrın 22-nə yaxın günlərdə çinlilər və bir sıra Şərqi Asiya millətləri Dunçji bayramını qeyd edir. Bu, insanların bir araya gəlib, geridə qoyduqları illə bağlı xatirələrini bölüşdüyü və qışın gəlişini və işığın geri dönüşünü qeyd etdiyi bir bayramdır. Qədim Yalda festivalı zamanı İranda qış gündönümü qeyd edilir, yaponlar isə Toci bayramını qeyd edir ki, bu da yeni ilə can sağlığı və bol uğurla başlamaq üçün bir adətdir.

Bayramlar fərqli olsa da, hər yerdə şənlik və nikbinlik ruhu mövcud olur. Xristinalar üçün əsrlərdir Mələyin ilk Milad gecəsində İsanın doğumu və onun özü ilə gətirdiyi vədləri əks etdirən cümləsi təkrar olunur: “Yerdə sülh; insanlara qarşı xoş niyyət olsun”

“Biz hər ilk Milad bayramı zamanı Miladın əsl ruhu sahib olduqlarımızda deyil, kim olduğumuzdadır, bizim hər birimiz Allahın ovladıyıq. Bu, ilin bu vaxtında həqiqi sevinc mənbəyidir. Hər Miladı şad edən də məhz budur,” Prezident Donald Tramp bildirib.

Biz ölkəmizin hər bir uşağın sevgi dolu evinin olduğu, icmasının ümidlə zəngin və xalqının inamlı olduğu bir yer olması üçün dua edirik.”

XS
SM
MD
LG