Accessibility links

Breaking News

İnsan haqları ABŞ-ın xarici siyasətinin mərkəzindədir


Entoni Blinken
Entoni Blinken

Prezident Co Baydenin administrasiyası inanır ki, insan haqları müdafiə olunmalıdır, insan haqları müdafiəçiləri alqışlanmalıdır və insan haqlarını pozanları məsuliyyətə cəlb olunmalıdır. Bunu Dövlət Katibi Entoni Blinken Birləşmiş Millətlərin İnsan Haqları Şurasının qarşısında söyləyib.

“İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədə qeyd olunduğu kimi: bütün insan haqları bəşəridir, bölünməzdir, bir-birindən asılıdır və bir-biri ilə əlaqəlidir:”

“Birləşmiş Ştatlar demokratiya və insan haqlarını xarici siyasətinin mərkəzinə yerləşdirib, çünki onlar sülh və sabitliyi üçün mühümdür. Bu öhdəlik qətidir və bizim demokratiya olaraq öz təcrübəmizin əsasını təşkil edir – bu demokratiya nöqsanlı və çox vaxt öz ideallarımız səviyyəsində olmasa da, biz hər zaman daha inklüziv, hörmət edən və azad ölkə olmağa çalışırıq.”

Bu həm də Birləşmiş Ştatların 2022-2024-cü illərdə BMT-nin İnsan Haqları Şurasına seçilmək istəməsinin əsas səbəbidir.

“Biz diqqətimiz Şura üzvlərinin insan haqlarını qorumaq yolunda yüksək standartlara cavab verməli olmalarını təmin etməyə yönəldəcəyik. İnsan haqlarını ən çox pozan ölkələr bu Şuranın üzvü olmamalıdırlar. Biz birlikdə işləyib Şuranın gördüyü işi və Şuraya üzvlüyü yaxşılaşdırmalıyıq ki, Şura dünya boyu insanların haqlarını müdafiə etmək yolunda daha çox işlər görə bilsin.”

Çox sayda ölkələr Birləşmiş Millətlər Təşkilatının üzərində qurulduğu dəyərləri yıxmağa çalışsalar da, insan haqlarını müdafiə etmələrini tərifləyirlər. “Bizim hər birimizə fərd olaraq insan haqları bəxş olunub və ölkələr bu fundamental hqları qorumaq məcburiyyətindələr,” Dövlət Katibi Blinken deyib.

"İqtisadi inkişafı təmin etmək adı altında insan haqlarını pozmağa çalışanlar həm də cümlədən öz insan haqları pozuntularına görə cavabdeh olacaqlar. Biz Venesuela, Nikaraqua, Kuba və İran kimi yerlərdə insan haqları pozuntularının üstünü açmağa davam edəcəyik. Biz Rusiya hökumətini yenidən Aleksey Navalnını, habelə haqlarından istifadə etdiklərinə görə haqsız yerə həbs olunan yüzlərlə Rusiya vətəndaşını dərhal və qeydsiz-şərtsiz azadlığa buraxmağa çağırırıq. Biz Sincanda vəhşiliklər törədildiyi və ya Honq Konqda fundamental azadlıqlar təhlükəyə atıldığı zaman bəşəri dəyərləri qorumağa davam edəcəyik.”

“Birləşmiş Ştatlar insan haqlarının ümumi müdafiəsi və təbliğinə sadiqdir,” Dövlət Katibi Blinken deyib.

“Biz Şuranın mandatını yerinə yetirdiyini və dünya boyu insan haqlarına töhfə verdiyini təmin etmək üçün bu qurumda və bütün regionlardan QHT icmalarındakı tərəfdaşlarımızla işləməyi səbirsizliklə gözləyirik.”

XS
SM
MD
LG