Fevral ayında demokratik yolla seçilmiş hökuməti devirən hərbi çevrilişdən bəri hərbi rejim demokratiya tərəfdarı etirazçılara şiddətlə cavab verib, uşaqlar da daxil olmaqla, 800-dən çox insanı öldürüb və minlərlə insanı həbs edib.
Mayın 17-də Amerika Birləşmiş Ştatları 1 təsisat və rejimə bağlı 16 fərdi hədəf seçib. Bu təşkilat Dövlətin İdarə Şurasıdır və hərbi rejimin qanunsuz çevrilişini dəstəkləmək üçün yaradılan orqandır.
Şəxslərdən 13-ü hərbi rejimin əsas üzvləri və 3-ü isə əvvəllər təyin olunmuş hərbi məmurların yetkin uşaqlarıdır.
Sanksiyaların nəticəsi olaraq, ABŞ-da sahib ola biləcəkləri bütün mülklər və mülkiyyətdəki maraqlar bloklanır. Əlavə olaraq, istisna ilə icazə verilmədiyi təqdirdə, Amerika Birləşmiş Ştatları daxilində bu şəxslərin hər hansı bir əmlakı ilə bağlı amerikalıların əməliyyatları qadağan edilir.
Paralel olaraq İngiltərə və Kanada da Birmada davam edən çevrilişlə əlaqədar sanksiyalar tətbiq edib.
ABŞ Dövlət katibi Antoni Blinken verdiyi açıqlamada “Prezident Baydenin də dediyi kimi, Birləşmiş Ştatlar çevrilişə cavabdeh olanların məsuliyyətini artırmağa davam edəcək. Bugünkü hərəkətlərimiz zorakılıqları dayandırmadığı və xalqın iradəsinə hörmət etmək üçün addım atmadığı müddətdə rejimə siyasi və maliyyə təzyiqi tətbiq etmək qərarımızı və ortaqlarımızın qərarını vurğulayır.”
Blinken Birləşmiş Ştatların və G7-dəki ortaqlarının Birma ilə bağlı ASEAN Liderlər Toplantısı tərəfindən aprelin sonunda hazırlanmış beş maddəlik konsensus planını alqışladığını qeyd edib.
Bu plan zorakılıqların dərhal dayandırılmasına çağırır və buraya bütün tərəflər arasında dialoq; vasitəçiliyi asanlaşdırmaq üçün xüsusi bir nümayəndə təyin edilməsi; ASEAN tərəfindən humanitar yardım və bütün tərəflərlə görüşmək üçün xüsusi elçi və nümayəndə heyətinin səfəri daxildir.
Blinken Birmanın hərbi rejimini bu planı həyata keçirmək üçün dərhal və qeyd-şərtsiz ASEAN və BMT ilə əməkdaşlıq etməyə çağırıb.
"Təəssüf ki, hərbi rejim bu günə qədər konstruktiv şəkildə əməkdaşlıq etməkdən imtina edir və xalqına qarşı amansız repressiya və şiddətini davam etdirərək Birmanı demokratiya yolunda irəliləməsini bərpa etmək üçün heç bir səy göstərməyib. "- deyə ABŞ Dövlət katibi əlavə edib.
Amerika Birləşmiş Ştatları hərbi rejimin çevriliş və insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb edilməsini və zorakılığın qarşısını almaq üçün hərbi rejimə qarşı tədbirlərin görülməsini nəzərdən keçirməyi təşviq edir.