Accessibility links

Breaking News

Şimali Koreya dini azadlığı ciddi şəkildə cəzalandırır


Den Nadel
Den Nadel

ABŞ Dövlət Departamentinin rəsmisi Daniel Nadel ABŞ-ın Şimali Koreyanın genişmiqyaslı insan haqları pozuntuları, o cümlədən din azadlığına tətbiq etdiyi ciddi məhdudiyyətlərindən dərin narahat olmağa" davam etdiyini deyib.

Beynəlxalq Din Azadlıqlarına dair son hesabata görə, Şimali Koreya hökumətinin demək olar ki, hər bir dini fəaliyyət göstərən şəxsləri edam etməyə, işgəncə verməyə, həbs etməyə və fiziki istismara məruz qoymaqda davam etdiyi bildirilib. Ölkənin əlçatmazlığı və vaxtında məlumat verilməməsi ayrı-ayrı sui-istifadə halları ilə əlaqədar təfərrüatların əldə edilməsini məhdudlaşdırır, ölkədəki dini qruplarının sayını və üzvlüyünü təxmin etməyi də çətinləşdirir.

ABŞ-ın Açıq Qapılar (Open Doors USA) qeyri-hökumət təşkilatı ilin sonunda 50 000-lə 70 000 arasında Şimali koreyalıların xristian olduqlarına görə həbs edildiyini təxmin edir.

2020-ci ilin may ayında Dünya Xristian Həmrəyliyi QHT-si bir çoxu xristian olmaqla, həbsxana düşərgələrində 200 min nəfər saxlanıldığını güman edilir. Cənubi Koreyada yerləşən Şimali Koreya İnsan Haqları Mərkəzi 2007-ci ilin dekabr ayına qədər Cənubi Koreyaya gələn qaçqınlara və digər mənbələrə istinad edərək, Şimali Koreyanın səlahiyyətli şəxsləri tərəfindən din və ya etiqad azadlığına görə 126 qətl və 94 itkin düşmə daxil olmaqla, 1411 hadisəni qeydə alıb.

2020-ci ilin oktyabrında Birləşmiş Krallıqda yerləşən Korea Future Initiative və ya KFI 1990-cı ildən 2019-cu ilədək sağ qalan, şahid və ya dini azadlığa görə təzyiqlərə məruz qalan qaçqınlarla 117 müsahibəyə əsaslanaraq hesabat yayıb.

KFI hesabatında insanların həbs, uzunmüddətli sorğu-sual, ailə üzvlərinin cəzalandırılması, işgəncə və ya davamlı fiziki istismar, cinsi zorakılıq, zorla abort, edam və ictimai mühakimə olunmalarına məruz qaldıqları bildirilib.

ABŞ Açıq Qapılar təşkilatının hesabatında Şimali Koreya 2020-ci ildə 19 il davamlı olaraq, xristianların “həddindən artıq zülmə” məruz qaldıqları ölkələrin siyahısında birinci sırada yer alıb. QHT-lər və qaçqınlar hökumətin tez-tez xristianların ailə üzvlərini tutma və ya başqa cür cəzalandırma siyasəti tətbiq etdiyini deyir.

Open Doors USA-in bildirdiyinə görə, Şimali koreyalı xristianlar aşkar edildikdə siyasi cinayətkar kimi əmək düşərgələrinə sürgün edilir və ya yerindəcə öldürülür.

Nadel ABŞ-ın insan hüququları məsələsini ixarici siyasətinin mərkəzində tutmaq niyyətində olduğunu deyib. Buraya Şimali Koreyada din azadlığına qarşı “sui-istifadə edənlərin məsuliyyətinin artırılması” da daxildir.

XS
SM
MD
LG