İyul ayında Natalya Estemirova və Pol Xlebnikov adlı iki jurnalistin xatirəsi anılır.
Onlar Rusiyada beş il əvvəl bir-birindən çox uzaq məsafədə qətlə yetirilib. Hər ikisi də fəaliyyətlərini korrupsiya və insan haqlarının pozulmasının ifşasına həsr edib. Pol Xlebnikov rus əsilli amerikalı idi. O, Forbes Russia jurnalının baş redaktoru olub. Xlebnikov korrupsiyanı ifşa etməkdə ixtisaslaşmışdı, xüsusilə də postsovet dövrünün qaranlıq ticarət əlaqələrinin araşdırılması ilə.
2004-cü ilin iyul ayının 9-daXlebnikov Moskvadakı ofisi qarşısında yoldan keçən avtomobildən doqquz güllə atəşinə məruz qalmışdı.
Natalya Estemirova Çeçenistanın paytaxtı Qroznıda jurnalist və insan haqları müdafiəçisi idi. Memorial İnsan Hüquqları Mərkəzinin tədqiqatçısı və idarə heyətinin üzvü olan Estemirova 1999-cu ildə Çeçenistanda ikinci separatçı müharibəsinin başlamasından sonra adam qaçırma, işgəncə və qətllər ilə bağlı dəlillər toplayırdı.
O, Çeçenistanda məhkəməsiz edamların, cəza evlərinin yandırılmasının, qaçırılmaların və özbaşına həbslərin ifşasına diqqət çəkirdi.
Estemirova hökümət orqanlarını cinayətkarları ədalət mühakiməsinə çıxara bilmədikləri üçün tənqid edirdi.
O, 2006-cı ildə Moskvada öldürülən jurnalist və insan haqları müdafiəçisi, Rusiya hökümətinin tənqidçisi olan Anna Politkovskaya ilə yaxın əlaqələrə malik idi.
Estemirova dünyanın dörd bir tərəfindən münaqişə bölgələrində çalışan qadın hüquq müdafiəçilərinə şərəfləndirən illik Anna Politkovskaya Mükafatının ilk laureatı olmuşdu.
Natalya Estemirova 15 İyul 2009-cu ilin iyul ayının 15-də işə getdiyi zaman zorla bir avtomobilə mindirilmişdi. Həmin gün günortadan sonra onun cəsədi qonşuİnquşetiyada yol kənarında aşkar edilmişdi. O, sinəsi və başından bir neçə güllə ayarsı almışdı
Pol Xlebnikov və Natalia Estemirovanın cinayətləri araşdırılmamaış qalır.
Dövlət katibi Antoni Blinken yazılı açıqlamasında “Bu dəhşətli qətllərin təşkilatçıları və icraçıları heç vaxt ədalət mühakiməsi qarşısına çıxarılmayıb və jurnalistlərə qarşı zorakılıq və təzyiqlərin cəzasız qalmaqda davam etdiyini” bildirib.
“Amerika Birləşmiş Ştatlar Rusiya hökumətinin müstəqil mediaya qarşı davamlı təzyiqlərini qınayır və müstəqil Rusiya jurnalistləri və insan haqları müdafiəçiləri ilə həmrəydir.
Estemirova və Xlebnikovun mirası işləri ilə ilham verdikləri cəsur reportyorların gələcək nəsillərində və Rusiyada insan haqları və korrupsiyaya qarşı mübarizədə yaşayacaq."