Accessibility links

Breaking News

Türkiyədə Əl-Qaidə qrupunun beş tərəfdarı müəyyən edilib


Amerika Birləşmiş Ştatları vaxtaşırı müəyyən şəxslərin terror təşkilatları ilə fəaliyyətini üzə çıxarır.

ABŞ hökuməti bu şəxslərin adını 13224 saylı İcra Sərəncamı ilə Xüsusi Təyin Edilmiş Vətəndaşlar Siyahısına daxil edir. Onların ABŞ-dakı aktivləri dondurulur. Heç bir ABŞ vətəndaşı və ya şirkət müəyyən olunmuş həmin şəxslərlə iş apara bilməz.

Bu, ABŞ-ın terrorçulara və terror təşkilatlarına maliyyə dəstəyi şəbəkələrinə mane olmasının bir yoludur.

Sentyabrın ortalarında Amerika Birləşmiş Ştatları Türkiyədə fəaliyyət göstərən beş qrupa maliyyə və səyahət xidmətləri göstərməklə terror qrupunun çirkin fəaliyyətlərinə töhfə verən Əl-Qaidə tərəfdarlarını müəyyən edib.

Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin direktoru Andrea Qacki deyib ki, hədəflənmiş sanksiyalar ABŞ-ın Əl-Qaidəyə maliyyə dəstəyini kəsmək əzmini göstərir".

"Əl-Qaidənin maliyyə dəstək şəbəkələrini ifşa edərək ona mane olunması üçün Türkiyə də daxil olmaqla, xarici tərəfdaşlarımızla işimizi davam etdirəcəyik" - deyə, o əlavə edib.

Misir əsilli Məcdi Salim Türkiyədə yaşayan bir hüquqşünasdır və Əl-Qaidənin Türkiyədəki fəaliyyətinin əsas köməkçilərindən biridir. O, terror qrupu üçün digər funksiyaları yerinə yetirməklə yanaşı, Türkiyədəki Əl-Qaidə şəbəkəsində maliyyə kuryeri kimi fəaliyyət göstərir.

Misir əsilli və uzun müddət Əl-Qaidə köməkçisi olan Məhəmməd Nəsrəddin Əl-Qazlani də Türkiyədə Əl-Qaidəyəi dəstək üçün nağd pul köçürmələrindən istifadə edənyerləşən maliyyə kuryeridir.

Türk əsilli Nurettin Muslihan Əl-Qaidə maliyyə yardımçısıdır.

Əl-Qaidənin yüksək rəhbərliyi ilə əlaqədə olan və Əl-Qaidə ekstremistləri ilə birbaşa əlaqə qurmağa çalışan başqa bir türk əsilli Cəbrail Güzel Muslihanın Əl-Qaidəni dəstəkləmək səyləri çərçivəsində Nurettin Muslihan ilə birlikdə çalışır və maddi dəstək göstərir.

Eyni zamanda türk əsilli Soner Gürleyen adlanan şəxs Əl-Qaidənin ekstremist və maliyyə yardımçısıdır.

O, Əl-Qaidə zorakı bir ekstremistinin səyahətinə hazırlaşmaqda kömək etmişdi.

Dövlət katibi Antoni Blinken yazılı açıqlamasında "ABŞ Əl-Qaidənin maliyyə şəbəkələrini müəyyən etmək, ifşa etmək və pozmaq üçün Türkiyə də daxil olmaqla ortaqlarımız və müttəfiqlərimizlə sıx əməkdaşlığa davam edəcək" - deyə, bildirib.

“Bu şəbəkələri terror əməliyyatlarınn gəlir əldə etmək üçün beynəlxalq maliyyə sistemindən sui-istifadə etməkdən çəkindirmək üçün ciddi şəkildə izləyəcəyik. Amerika Birləşmiş Ştatları 11 sentyabr 2001-ci il hücumlarının qurbanlarını və Əl-Qaidənin dünyadakı digər planlarını heç vaxt unutmayacaq. ABŞ-a, vətəndaşlarımıza və maraqlarımıza zərər vurmaq istəyənləri hədəf almaqdaa davam edəcəyik" - deyə, Blinken vurğulayıb.

XS
SM
MD
LG