Accessibility links

Breaking News

Taliban Əfqanıstanda qətllər həyata keçirir


Human Rights Watch təşkilatı yeni yaydığı hesabatında bildirib ki, Əfqanıstanda Taliban üzvləri avqustun 15-də Kabilin nəzarətini ələ keçirəndən bəri 100-dən çox sabiq polis zabiti və kəşfiyyat rəsmisini ya mühakimə etmədən qətlə yetirib, ya da zorla yox edib.

Birləşmiş Ştatlar, 27 digər ölkə və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə dekabrın 15-də imzaladığı birgə bəyanatda Human Rights Watch və digərlərinin qeydə aldığı qanun pozuntuları ilə bağlı dərin narahatlığını ifadə edib.

Human Rights Watch-un hesabatında xüsusilə də Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin 47 keçmiş üzvünün qətlə yetirildiyi və ya yoxa çıxdığı bildirilir. Onlar 15 avqust ilə 31 oktyabr tarixməri arasında ya Taliban qüvvələrinə təslim olublar ya da onlar tərəfindən ələ keçiriliblər. Human Rights Watch təkcə Qazni, Helmand, Qəndahar və Künduz vilayətlərində 100-dən çox qətllə bağlı məlumat toplayıb.

Taliban hökumət işçiləri ilə bağlı məlumatlara çıxış əldə edib və onlardan istifadə edərək həbs və ya edam edəcəyi insanları müəyyən edib. Human Rights Watch təşkilatının bildirdiyinə görə, Taliban qüvvələri sentyabr ayının sonunda Qəndaharda keçmiş dövlət təhlükəsizlik xidmətində işləyən Baz Məhəmmədin evinə gedərək, onu həbs edib. Qohumları daha sonra onun cəsədini tapıb.

“Taliban rəhbərliyinin vəd etdiyi amnistiya yerli komandirlərin Əfqanıstan təhlükəsizlik qüvvələrinin keçmiş üzvlərini qətl və ya yox etmələrinin qarşını almayıb,” Human Rights Watch təşkilatının Asiya üzrə direktor yardımçısı Patrişa Qossman bildirib. “Talibanın üzərinə əlavə qətllərin qarşısını almaq, cavabdeh olanları məsuliyyətə cəlb etmək və qurbanların ailələrinə kompensasiya ödəmək öhdəliyi düşür.”

Birgə bəyanatda vurğulanır ki, “iddia olunan hərəkətlər ciddi insan haqları pozuntularıdır və Talibanın elan etdiyi amnistiyaya ziddiyət təşkil edir. Biz Talibanı keçmiş Əfqanıstan təhlükəsizlik qüvvələrinin üzvlərinin və sabiq hökumət rəsmilərinin amnistiyasını effektiv şəkildə həyata keçirməyə və buna ölkə boyu əməl edilməsinin təmin etməyə çağırırıq. ”

“Qeyd olunan hallar operativ və şəffaf şəkildə araşdırılmalı, cavabdeh olanlar məsuliyyətə cəlb olunmalı və bu addımlar əlavə qəttlərin qarşısını almaq məqsədilə açıq şəkildə elan olunmalıdır,” birgə bəyanatda bildirilib.

“Biz Talibanı hərəkətlərinə görə dəyərləndirməyə davam edəcəyik.”

XS
SM
MD
LG