Birləşmiş Ştatlar və müttəfiqləri Belarus xalqına qarşı qəddarlığı və beynəlxalq normalara açıq-aşkar etinasızlıq göstərdiyinə görə Lukaşenko rejiminə bədəl ödətmək qətiyyətindədirlər. Birləşmiş Ştatlar, Birləşmiş Krallıq, Kanada və Avropa İttifaqı koordinasiyalı bir şəkildə rejimə və onu dəstəkləyənlərə əlavə sanksiyalar tətbiq ediblər.
Dövət katibi Antoni Blinken elan edib ki, ABŞ Maliyyə nazirliyi "üç təyyarəni blok edilən mülk kimi tanıyıb, rejimi dəstəkləyən və onun repressiyalarına imkan yaradan 32 şəxsi və quruma sanksiya tətbiq edib.” ABŞ-ın genişləndirilmiş sanksiyaları həmçinin Belarusun suveren borcu ilə bağlı müəyyən əməliyyatlara məhdudiyyətlər tətbiq edərək Belarusun beynəlxalq kapital bazarlarına çıxışını məhdudlaşdırır.
Birləşmiş Krallıq repressiya və insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan səkkiz belaruslu şəxsə sanksiya tətbiq edib və dünyanın ən böyük kalium gübrəsi istehsalçılarından biri olan OJSC Belaruskalinin aktivlərini dondurub.
Kanada davam edən insan hüquqları pozuntularına cavab olaraq 24 şəxsə və yeddi quruma sanksiya tətbiq edib. Kanadanın tətbiq etdiyi yeni tədbirlər Belarusda turizm, ordu və müdafiə sənayesi və təhlükəsizlik qüvvələri ilə əlaqəsi olan qurumları hədəf alır.
Avropa İttifaqı Belarusda 17 şəxs və 11 quruma, o cümlədən neft istehsalçısı Belarusneftə sanksiya tətbiq edib. Aİ həmçinin Belarusun Polşa, Latviya və Litva ilə sərhədindən ittifaqa keçmək istəyən on minlərlə miqrantın axınını təşviq etmək üçün istifadə etdiyi dövlət aviadaşıyıcısı Belaviaya və dövlət turizm şirkəti Tsentrkurota sanksiya tətbiq edib.
Dövlət katibi Blinken deyib, “Bugünkü addımlar bizim belaruslulara qarşı repressiyaları artıran, Avropada sülh və təhlükəsizliyə xələl gətirən və sadəcə azad yaşamaq istəyən insanların hüquqlarını pozmağa davam edən qəddar rejimə qarşı tədbir görmək yolunda sarsılmaz qətiyyətimizi nümayiş etdirir. Bu sanksiyalar həmçinin Lukaşenko rejiminin Aİ ölkələri ilə sərhədində miqrant qaçaqçılığı təşkil etmək məqsədilə başqa ölkələrdən gələn həssas miqrantlardan mərhəmətsiz şəkildə sui-istifadə etməsinə cavabdır.”
Dövlət katibi Blinken Lukaşenko rejimini müstəqil mediaya, siyasi müxalifətə və başqa belaruslulara qarşı təqiblərinə son qoymağa, bütün siyasi məhbuaları azadlığa buraxmağa, demokratik müxalifət və vətəndaş cəmiyyəti ilə səmimi dialoq aparmağa, insanları məcburiyyət qarşısında qoymağa və beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və ədalətli seçki keçirməyə çağırıb.
Dövlət katibi Blinken bəyan edib ki, Birləşmiş Ştatlar Belarusun dözümsüzlüyünə cavab olaraq, “Belarus xalqının insan hüquqları və fundamental azadlıqlarını dəstəkləyərək” Lukaşenko rejimi üçün və onunla iş aparmağın bədəlini artıracaq.