Accessibility links

Breaking News

Demokratiya və insan hüquqlarının müdafiəsi


Demokratik dəyərlər və insan haqları dünya boyu təhlükə altındadır. İnsan haqları müdafiəçiləri, vətəndaş cəmiyyəti qrupları, jurnalistlər və ifadə və toplaşmaq azadlığından istifadə etmək istəyən adi insanlar avtoritar liderlər tərəfindən zorakı repressiya təhlükəsi ilə üzləşirlər.

Bunun etirazsız bir şəkildə davam etməsinə icazə vermək təkcə insan hüquqları pozuntularının qurbanlarını tərk etməyə bərabər deyil, həm də Bİrləşmiş Ştatların milli təhlükəsizliyinə birbaşa təhlükə yaradır. Repressiv siyasi rejimləri olan ölkələr adətən uzun müddətdə qeyri-sabit olurlar və qeyeri-sabitliyi region və dünyaya ixrac edirlr. Bu rejimlər adətən başqa ölkələrin sülh və təhlükəsizliyinə təhdiddir. İnsan hüquqlarının müdafiəsi təkcə Amerika dəyərlərinə uyğun gəlmir, həm də sabitlik və rifahı dəstəkləyir.

Bu səbəbdən də Maliyyə nazirliyi Dövlət Departamenti ilə məsləhətləşmələr əsasında Suriyanın repressiv təhlükəsizlik və kəşfiyyat aparatının üç yüksək vəzifəli rəsmisi habelə Suriya Hava Qüvvələrinin iki yüksək səviyyəli zabitinə kimyəvi silah hücumlarında mülki vətəndaşların qətlində iştirakını müəyyən edib. Onların əlaqədar olduğu təşkilatlar yüz minlərlə suriyalını, o cümlədən dinc yolla dəyişikliyə çağıran suriyalıları həbs edib. Bundan əlavə, insan haqları təşkilatları Suriyada azı 14 000 məhbusun işgəncə nəticəsində öldüyünü bildirir. Bu sanksiyalar Əsəd rejimini suriyalıların hüquq pozuntularına görə cavabdeh tutmaq yolunda atılan mühüm bir addımdır.

Bundan əlavə Maliyyə Nazirliyi yeddi iranlı şəxsi və iki hüquq-mühafizə orqanına 2019-cu ilin noyabrında keçirilən etirazların zorakı şəkildə yatırılmasındakı roluna görə sanksiya tətbiq edib. Maliyyə Nazirliyi həmçinin Uqanda Hərbi Kəşfiyyatının başçısı general-mayor Abel Kandihoya ciddi insan hüquqları pozuntuları səbəbilə sanksiya tətbiq edib.

Dövlət katibi Antoni Blinken yaydığı bəyanatda aralarında daha öncə Avropa İttifaqı tərəfindən sanksiya tətbiq olunan insanlara qarşı bu yeni sanksiyaları alqışlayıb və onların Birləşmiş Ştatları müttəfiqləri ilə yaxınlaşdırdığını və onların “bizim demokratiya və insan hüquqlarına hörməti təşviqina dair ortaq öhdəliyimizi əks etdirdiyini” bildirib.

Bİrləşmiş Ştaltar demokratiyanı təşviq etməyə və dünya boyu insan hüquqlarını pozanları cavabdeh tutmağa sadiqdir. Dövlət katibi Binken deyib ki, “Biz bu ölkələrin və insan hüquqları pozuntularının davam etdiyi başqa ölkələrin insanları ilə həmrəy olmağa davam edəcəyik.”

XS
SM
MD
LG