ABŞ və Slovakiya bu yaxınlarda Slovakiya parlamenti tərəfindən fevralın 9-da təsdiqlənmiş ikitərəfli Müdafiə Əməkdaşlığı Sazişi imzalayıb.
Slovakiyanın xarici işlər naziri İvan Korckokun və Slovakiyanın müdafiə naziri Yaoslav Nadın iştirakı ilə Vaşinqtonda keçirilən imzalanma mərasimində dövlət katibi Blinken ABŞ-da yaşayan milyonlarla Slovakiya əsilli insan və iqtisadi əlaqələri də daxil olmaqla, iki ölkə arasında hər il milyardlarla dollarlıq ticarət və investisiyaiki ölkə arasında möhkəm əlaqələri, o cümlədən xalqlararası əlaqələri xüsusi qeyd edib.Dövlət katibi ABŞ və Slovakiyanın 1993-cü ildə müstəqil ölkə olduqdan sonra təhlükəsizlik üzrə tərəfdaş və 2004-cü ildən isə NATO müttəfiq olduğunu bildirib.
“Bu müqavilə hərbçilərin birgə təlimlərin kimi ümumi müdafiə səylərini koordinasiyası ilə bizim işimizi asanlaşdırır. Bu, xalqımıza qarşı təhdidlərlə bağlı ölkələrimiz arasında daha müntəzəm məsləhətləşmələr yaradacaq” - deyə, Blinken bildirib.
Müqavilə, həmçinin ABŞ-ın Slovakiyanın müdafiə qabiliyyətini və infrastrukturunu təkmilləşdirmək səylərində dəstəkləməsinə yol açır. Birləşmiş Ştatlar bütün Avropada təhlükəsizlik və sabitlik maraqları naminə NATO alyansındakı demək olar ki, iyirmi ölkə ilə oxşar sazişlər imzalayıb.
Blinken vurğulayıb ki, Slovakiya ilə saziş əməkdaşlıq və hörmətə, NATO vasitəsilə əməkdaşlığımızın əsasını təşkil edən eyni dəyərlərə əsaslanır.
“Bu, Slovakiya və ABŞ tərəfindən tam, bərabərhüquqlu və suveren tərəfdaşlar kimi birlikdə yazılmışd və hər iki ölkə xalqıarıının maraqlarını təmsil edir. Müqavilədəki heç bir şey ABŞ-ın. bazalar və ya qoşunlarının Slovakiyada olmasının daimiliyini göstərmir və saziş Slovakiyanın suverenliyinə və qanunlarına tam hörmət edir” - deyə, Blinken bildirib.
Slovakiyanın müdafiə naziri Nad Müdafiə Əməkdaşlıq Sazişi Slovakiyanın ABŞ ilə sıx təhlükəsizlik tərəfdaşlığının "intensivliyinin" bariz nümayişi və transatlantik təhlükəsizliyə ortaq öhdəliyin ifadəsi adlandırıb.
O, “demokratiya, azadlıq və rifah kimi ümumi dəyərləri qorumaq üçün təhlükəsizlik mühitində mövcud təhdidlərə və çağırışlara ciddi yanaşmağın” vacibliyini vurğulayıb.
Dövlət katibi Blinken bəyan edib ki, Birləşmiş Ştatlar və Slovakiyanın tərəfdaş və müttəfiq kimi sıx əməkdaşlıq etdiyi 30 il “hər iki ölkəni, həm də bütövlükdə regionu daha güclü, daha təhlükəsiz və çiçəklənən” edib.
Onun sözlərinə görə, yeni Müdafiə Əməkdaşlığı Sazişi keçmişə əsaslanır və bu, birlikdə daha da güclü gələcək yaratmağa kömək edəcək.