Dövlət katibi Antoni Blinken ABŞ-ın Ukraynaya iqtisadi islahat gündəmini və Beynəlxalq Valyuta Fondu ilə əlaqəni davam etdirmək üçün 1 milyard dollara qədər suveren kredit zəmanəti verdiyini açıqlayıb.
"Bu təklif Ukrayna, BVF, digər beynəlxalq maliyyə institutları, G7 və digər ikitərəfli donorlar arasında tərəfdaşlıq ilə birlikdə Rusiyanın təcavüzü qarşısında Ukraynanın iqtisadi sabitliyini, böyüməsini və rifahını gücləndirəcək" - deyə, Blinken bildirib.2014-2016-cı illər arasında Birləşmiş Ştatlar Rusiya Krım yarımadasını işğal etməyə başladıqdan sonra Ukraynaya üç ayrı 1 milyard dollarlıq suveren kredit zəmanəti verib ki, bu da kreditorların geri qaytarılmasını təmin edir.
Blinken deyib: "Bu kredit zəmanətləri Rusiyanın əvvəlki təcavüzü fonunda Ukraynaya iqtisadiyyatını uğurla sabitləşdirməyə və BVF ilə iddialı əməkdaşlıq əsasında cəsarətli iqtisadi islahat gündəmini həyata keçirməyə kömək etməkdə mühüm rol oynayıb".
Birləşmiş Ştatlar 2014-cü ildən bəri Ukraynaya inkişaf üçün 2 milyard dollardan çox yardım göstərib. ABŞ hökuməti, həmçinin Ukrayna iqtisadiyyatında ABŞ şirkətlərinin kommersiya iştirakını təşviq etmək üçün çalışıb.
ABŞ-ın İxrac-İdxal Bankı Ukraynadakı layihələr üçün ABŞ mallarının və xidmətlərinin satın alınmasını asanlaşdırmaq üçün 3 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir.
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının isə Ukraynada ondan çox layihə üçün cari investisiya portfeli təxminən 800 milyon dollardır.
Dövlət katibi Blinken deyib ki, Birləşmiş Ştatlar Rusiyanın işğalının açıq və indiki təhlükəsinə qarşı “Ukraynaya və onun xalqına dəstək yollarını axtarmağqda davam edəcək”.