Accessibility links

Breaking News

Ukrayna ilə bağlı ÇXR üçün nəticə və ya imkan 


ABŞ Prezidenti Co Bayden Vaşinqtonda Ağ Evdə Çin Prezidenti Şi Tsinpin ilə virtual danışıqlar aparır, 18 Mart 2022-ci il.
ABŞ Prezidenti Co Bayden Vaşinqtonda Ağ Evdə Çin Prezidenti Şi Tsinpin ilə virtual danışıqlar aparır, 18 Mart 2022-ci il.

Co Baydenlə Çin Xalq Respublikasının prezidenti Şi Tsinpin arasında bu yaxınlarda baş tutan telefon danışığında söhbət Putinin əsassız olaraq Ukraynaya təcavüzü ilə bağlı olub.

Prezident Bayden ABŞ və müttəfiqlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin qarşısını almaq və sonra ona cavab vermək üçün göstərdiyi səyləri, o cümlədən Rusiyanın üzərinə xərclər qoyulmasının yollarını açılayıb.

Ağ Ev bildirib ki, prezident Bayden “Çin Ukrayna şəhərlərinə və mülki insanlara qarşı amansız hücumlar həyata keçirən Rusiyaya maddi dəstək göstərərsə, bunun nəticələri olacağını deyib ”.

Son zamanlar ÇXR və Rusiya daha da yaxınlaşıb. Fevral ayında iki ölkə lideri münasibətlərini “məhdudiyyətsiz” tərəfdaşlıq elan edən birgə bəyanat imzalayıb. ÇXR Rusiyanın Ukraynaya təcavüzünü, günahsız dinc sakinlərin öldürülməsini və didərgin salınmasını və onun şəhərlərinin dağıdılmasını pisləməkdən çəkinib.

Bayden Administrasiyasının rəsmiləri ÇXR-in Rusiyaya təcavüzünə cavab olaraq dünya ölkələrinin tətbiq etdiyi sanksiyaların təsirini yumşaltmağa imkan verəcək hərbi texnika və iqtisadi dəstəklə Rusiyaya yardım etməyi düşünə biləcəyindən narahatlıqlarını dilə gətirib.

Zəngdən sonra Ağ Evin sözçüsü Cen Psaki Prezident Baydenin Putinin müharibə səylərinə kömək edəcəyi təqdirdə ÇXR-in nəticələrini prezident Şiyə açıq şəkildə çatdırdığından məmnun olduğunu deyərək qeyd edib ki, ABŞ və ÇXR arasında əlaqə xətləri açıq qalsın. İndi o, Prezident Şinin nə edəcəyinə qərar verməlidir deyib.

Dövlət Departamentinin sözçüsü Ned Prays vurğulayıb ki, Rusiyanın Ukraynaya təhriksiz və əsassız müdaxiləsi ilə bağlı mövqeyini aydınlaşdırmaq hər bir ölkənin məsuliyyətidir.

“ÇXR Rusiya ilə münasibətinə görə, o, bu zorakılığa, bu qana, bu dağıntıya və müharibəyə son verə bilər. Amma biz bunu hələ görməmişik”- deyə, Prays qeyd edib.

“Çin illərdir bütün dövlətlərin suverenliyinin vacibliyini vurğulayır. Suverenlik hücuma məruz qaldıqda, dünya ölkələri düşünməlidir ki, həqiqətənmi onların dedikləri məna kəsb edir. Əgər ÇXR dünyaya dediklərini demək istədiyini, illər və onilliklər boyu arxasında durduğunu iddia etdiyi prinsiplərin arxasında dayandığını göstərmək istəyirsə, indi onların bunu etmək üçün bir imkanı var”- deyə, Prays əlavə edib.

XS
SM
MD
LG