Accessibility links

Breaking News

Rusiyanın silahlarından biri olan dezinformasiyanın zərərsizləşdirilməsi


Dezinformasiya Rusiyanın ən mühüm və tez-tez istifadə etdiyi silahlardan biridir. Bu, hökumətləri sabitsizləşdirmək və əhali arasında şübhələr əkmək üçün asan və ucuz bir yoldur.

Rusiya hökuməti Kremlin məqsədlərinə dəstək üçün yalan xəbərlər yayan, dezinformasiya və təbliğat ekosistemi hazırlayıb. Dünyadakı hər bir hadisə və ya siyasət yalan və təhrif vasitəsilə silahlandırıla bilər.

Son zamanlar bu, xüsusilə Ukraynaya aiddir. Hücumlar 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığı bir vaxtda pik həddə çatıb.

“Biz Ukrayna, NATO və ABŞ-a qarşı təbliğata qarşı əhəmiyyətli səy göstərdik” - deyə, Dövlət katibi Antoni Blinken bildirib.

“Buraya sosial mediada zərərli əməliyyatlar, açıq və gizli onlayn proksi media vasitələrinin istifadəsi, televiziya və radio proqramlarına dezinformasiyanın yoluxması, iştirakçılara regionda Rusiyanın deyil, Ukraynanın gərginliyin artmasında günahkar olduğu yalanlara inanmağa təsir etmək üçün konfransların keçirilməsi, media orqanlarını ləkələmək və “hack and release” əməliyyatlarını həyata keçirmək üçün kiber əməliyyatlardan istifadə etmək – yəni sındırmaq, sonra isə şəxsi məlumatların və kommunikasiyaların buraxılması daxildir.”

Dezinformasiyaya, təbliğata və faktların təhrif olunmasını qarşını almağın yeganə yolu həqiqəti söyləməkdir: dezinformasiya iddialarını möhkəmlənmədən əvvəl təkzib etmək, yanlış təsəvvürlər yarandıqdan sonra düzəltmək və yalan iddialarını gözdən salmaq üçün dezinformasiya agentləri və nümayəndələrini ifşa etmək.

Bu, ABŞ və müttəfiqlərimizin Rusiyanın Ukraynaya qarşı təbliğatına qarşı durmaq üçün etdikləridir.

“Biz Moskvada səhnələşdirilmiş siyasi teatr gördük – heç bir dəlil olmadan Ukraynanın müdaxilə və Rusiyaya qarşı müharibəyə başlaması, Ukraynanın kimyəvi silahdan istifadə etməyə hazır olması, Ukraynanın soyqırım törətməsi barədə qəribə və əsassız iddialar” - deyə, prezident Co Bayden bildirib.

“Biz Rusiyanın planları, kiberhücumları və yalan bəhanələri ilə bağlı məxfiliyi silinmiş sübutları paylaşdıq ki, Putinin etdikləri ilə bağlı çaşqınlıq və ya ört-basdır olmasın.”

Rusiyanın planlarına dair kəşfiyyat məlumatlarının məxfiliyin açılması və ictimaiyyətə açıqlanması Vladimir Putinin Ukraynaya qarşı əvvəlcədən düşünülmüş, təxribatsız və əsassız müharibəsi üçün aldadıcı bəhanə yaratmaq cəhdlərini puç edən görünməmiş bir addım idi.

“Həqiqət var, yalan var. Yalanlar güc və mənfəət üçün deyilib. Hər birimizin vəzifəsi və məsuliyyəti var, ... həqiqəti müdafiə etmək və yalanlara qalib gəlmək” - deyə prezident Bayden bildirib.

XS
SM
MD
LG