Accessibility links

Breaking News

Minalar Ukraynada indiki və gələcək təhlükədir


Hələ Vladimir Putinin Ukraynaya səbəbsiz hərbi müdaxiləsinsən əvvəl orada minalar və müharibənin partlayıcı qalıqları ciddi problem idi. 2014-cü ildən Rusiya öz qoşunlarını Ukraynanın şərqinə göndərdiyi vaxtdan bəri Donetsk və Luqansk vilayətlərindən keçən və Ukrayna Silahlı Qüvvələrini Rusiyanın etibarlı qüvvələrindən ayıran 250 mil uzunluğundakı təmas xətti ciddi şəkildə minalanıb.

Reliefweb-in məlumatına görə, 2021-ci ilə qədər təxminən iki milyon ukraynalı bu kimi partlayıcı təhlükələrə məruz qalıb. O vaxt Ukrayna mina və müharibə qalıqları nəticəsində mülki əhali arasında itkilərə görə dünyada beşinci, avtomobillərin mina qəzalarına görə isə ilk üçlükdə idi.

2021-ci ildə Ukraynanın Donbas bölgəsi dünyanın minalarla ən çox çirklənmiş bölgələrindən biri olub. 2014-cü ildən Birləşmiş Ştatlar Ukraynanın şərqindəki döyüş meydanlarında partlayıcı təhlükələrin aradan qaldırılması və oradakı artıq adi silahların məhv edilməsi istiqamətində tərəfdaşlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir.

"Dövlət Departamenti, Müdafiə Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi həddindən artıq atıcı silah və yüngül silah ehtiyatlarını azaltmaq, lazımi şəkildə mühafizəsi və saxlanması üçün ən yaxşı təcrübələri tətbiq etmək məqsədi ilə xarici hökumətlər, özəl şirkətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə birlikdə işləyir, adi silahlar və minalardan təmizləmə proqramları həyata keçirilir" - deyə, Dövlət katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə köməkçisi Bonni Cenkins bildirib.

2014-cü ildən bəri partlayıcı sursat riski üzrə təhsil proqramlarımız vasitəsilə ABŞ tərəfindən maliyyələşdirilən ictimaiyyətlə əlaqə Ukraynada saysız-hesabsız xəsarətlərin qarşısını alıb. Fevral ayında Rusiyanın tammiqyaslı işğalından əvvəl ABŞ tərəfindən maliyyələşdirilən proqramlar Nəzarət Xətti [Əlaqə] boyunca əhali ilə əlaqəni təmin edib.

Təkcə 2021-ci ildə xəsarət və ölüm hallarının qarşısını almaq üçün 670-dən çox partlayıcı sursat riski ilə bağlı maarifləndirmə sessiyası keçirilib.

"Təəssüf ki, Putinin bu ilin fevralın 24-də başlatdığı əvvəlcədən düşünülmüş, təxribatsız və əsassız növbəti işğalı bizim əvvəlki irəliləyişlərimizi artıq pozub, eyni zamanda eksponent olaraq daha çox Ukrayna vətəndaşını müharibənin partlayıcı qalıqları təhlükəsi ilə üz-üzə qoyub. Rusiya Federasiyasının mülki yaşayış məntəqələrini, ərzaq mağazalarını, xəstəxanaları, məktəbləri və hətta atom elektrik stansiyasını bombalaması və atəşə tutması bu vəziyyəti fəlakətli edir" - deyə, Cenkins qeyd edib.

"Rusiyanın ayrıseçkilik qoyulmayan hücumlarından təmizlənmə uzun illər və yaxşı əlaqələndirilmiş beynəlxalq reaksiya tələb edəcək. Birləşmiş Ştatlar Ukrayna xalqına həyatlarını Rusiya bombalarının təhlükəsindən qorumaq səylərini dəstəkləməyə sadiqdir"- deyə, Cenkins əlavə edib.

XS
SM
MD
LG