Nikolas Maduro rejiminin siyasi repressiyası, geniş yayılmış insan hüquqları pozuntuları, habelə siyasi və vətəndaş cəmiyyəti fiqurlarına və ifadə azadlığına sərt məhdudiyyətlər Venesuela xalqını öz demokratik müqəddəratını müəyyən etmək hüququndan məhrum edib.
Eyni zamanda iqtisadiyyatın yanlış şəkildə idarəolunması və geniş yayılmış korrupsiya halları milyonlarla venesuelanı ölkəni tərk etməyə məcbur edən dəhşətli humanitar böhrana səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) bildirdiyinə görə, minlərlə venesuelalı qaçqın hər ay Çiliyə keçməyə davam edir.
BMT-nin məlumatına görə, əksər venesuelalılar qeyri-müntəzəm marşrutlardan istifadə edərək, uzaq Atakama səhrasından keçirlər və orada cinsi istismar və cinayətkar qruplar tərəfindən sui-istifadə kimi təhlükələrə açıq olurlar. Bir çoxları çatanda ac olur qida çatışmazlığı, susuzluq, hipotermiya və hündürlük xəstəliyindən əziyyət çəkir.
BMT QAK bildirir ki, Çili hazırda Venesueladan 448 mindən çox qaçqın və miqranta ev sahibliyi edir ki, bu rəqəm ölkəyə qeyri-müntəzəm sərhəd keçidləri ilə daxil olan minlərlə insanı əks etdirmir.
Venesuela icmalarının Çili boyu özlərinə arxalanmalarını təmin etmək üçün onlara adekvat humanitar yardım və dəstək vermək üçün BMT QAK-ın 2022-ci ildə ümumilikdə 20,3 milyon dollara ehtiyacı olacaq.
Bu ehtiyacı qarşılamaq məqsədilə ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan hüquqları üzrə müavini Uzra Zeya venesuelalı qaçqınlar və miqrantlar və Çilidə onlara eh sahibliyi edən icmalar üçün əlavə 6 milyond dollarlıq humanitar yardım elan edib. Bununla da ABŞ-ın böhran başlayandan bəri Çilidəki venesuelalılara ümumi humanitar yardımı təxminən 26 milyon dollara çatır.
Bu yardım beynəlxaq humanitar tərəfdaşlara Çilidəki həssas venesuelalıların ehtiyaclarını qarşılamağa və onları hüquqi yardım, tibbi yardım, təhlükəsiz sığınacaq, gigiyena dəstləri və əsas yardım əşyaları ilə təmin etməyə imkan verəcək.
“Biz Venesueladakı humanitar böhrandan narahatıq,” Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. “Humanitar təşkilatlar və işçilərin Venesueladan qaçanlara vaxtında, ehtiyaca əsaslanan yardım göstərməsi üçün təcili, tam, təhlükəsiz və maneəsiz çıxış vacibdir.”
Birləşmiş Ştatlar Çilidə və bütün regionda venesuelalı qaçqınlara, miqrantlara və onları dəstəkləyən və ev sahibliyi edən icmalara kömək etmək öhdəliyini təsdiqləyir. ABŞ həmçinin Çiliyə davamlı tərəfdaşlığına görə təşəkkür edir, çünki hər iki ölkə davam edən miqrasiya problemini həll etmək üçün bütün region ölkələri ilə birlikdə çalışır.
Birləşmiş Ştatlar Venesuelada demokratiyanı bərpa etməyə yardım etmək üçün demokratiya və insan hüquqları müdafiəçiləri olan Venesuelada Prezident Huan Quaydonun müvəqqəti hökuməti və beynəlxalq ictimaiyyətlə işləməyə davam edir.