Accessibility links

Breaking News

2022 -ci il dünya ərzaq mükafatının qalibi


Sintiya Rosenzviq
Sintiya Rosenzviq

Mayın 5-də Dünya Ərzaq Mükafatı Komitəsi Ümumdünya Ərzaq Mükafatının qalibini elan edib. Bu, baş tədqiqatçı alim və NASA-nın Goddard Kosmik Tədqiqatlar İnstitutunun İqlim Təsirləri qrupunun rəhbəri doktor Sintiya Rosenzviqdir.

"Kənd Təsərrüfatı və Qidalanma üzrə Nobel Mükafatı" kimi tanınan nüfuzlu Ümumdünya Ərzaq Mükafatı dünyada ərzaq məhsullarının keyfiyyətini, kəmiyyətini və ya mövcudluğunu yaxşılaşdırmaqla insan inkişafına nail olmuş şəxslərin nailiyyətlərini tanıyan ən böyük beynəlxalq mükafatdır.

Dünya Ərzaq Mükafatı Fondunun prezidenti Barbara Stinson deyib ki, onun tədqiqatı iqlim dəyişikliyinin təsirlərini yumşaltmağa və ona uyğunlaşmağa çalışan 90-dan çox ölkədə minlərlə qərar qəbul edən şəxs tərəfindən istifadə edilən elmi sübutları təqdim edir. "Laureatımızın işi göstərir ki, məlumatlara əsaslanan strategiyalar iqlim dəyişikliyinin təsirlərini cilovlayır və eyni zamanda davamlı qida istehsalını gücləndirir," Barbara Stinson bildirib.

"Doktor Rosenzviq qlobal aclıq və iqlim böhranının kəsişən çağırışları ilə üz-üzə gəlmək və kənd təsərrüfatını bu çağırışların həlli üçün mənalı həll yolu kimi gücləndirmək üçün lazım olan liderliyi, innovasiyanı və təcrübəsini təcəssüm etdirir" - deyə, kənd təsərrüfatı naziri Tom Vilsak bildirib.

"İndiyə qədər dörd onillikdə davam edən iş sayəsində o, iqlimin bu qədər sürətlə dəyişməsi ilə yeməyimizə nə olacağını kəşf etməyə başlayıb və nəticələri proqnozlaşdırmaq üçün modelləşdirmədən istifadə etməkdə qabaqcıl olub," Tom Vilsak qeyd edib.

Dövlət katibinin İqtisadi İnkişaf, Enerji və Ətraf Mühit üzrə müavini Xose Fernandes bildirib ki, 2022-ci il ərzaq təhlükəsizliyi üçün kritik məqamdır. Və təbii ki, qida təhlükəsizliyinin əsas səbəblərindən biri iqlim dəyişikliyidir.

"Doktor Rosenzviq iqlim dəyişikliyinin ərzaq istehsalına necə təsir etdiyini sənədləşdirən ilk alimlərdən biridir. Onun araşdırması sayəsində biz artan temperatur, ekstremal hava şəraiti və karbon qazının qida istehsalına və keyfiyyətinə necə təsir edəcəyini daha yaxşı proqnozlaşdıra bilərik. Onu bu inanılmaz, uğurlu karyerası münasibətilə təbrik edirəm. Bu nəsil və gələcək nəsillər sizə təşəkkür edir" - deyə, kənd təsərrüfatı naziri Vilsak bildirib.

XS
SM
MD
LG