Accessibility links

Breaking News

ABŞ Kuba, Nikaraqua və Venesuelada demokratiyanın təşviqinə sadiq qalır


Arxiv fotosu -Kubada, Havanada etiraz nümayişi keçirilir, 11 iyul 2021-ci il.
Arxiv fotosu -Kubada, Havanada etiraz nümayişi keçirilir, 11 iyul 2021-ci il.

ABŞ Dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols deyib ki, Birləşmiş Ştatlar Kuba, Nikaraqua və Venesuela xalqları üçün azadlıq və insan hüquqlarının gücləndirilməsinə sadiqdir.

"Ölkələrində dinc nümayişçilərin həbsi və siyasi motivli məhkəmələri demokratiyaya qarşı təhqir kimi davam edir" - deyə, o bildirib.

Kubada hökumət davam edən iqtisadi böhran şəraitində xalqının ehtiyaclarını qarşılamaq əvəzinə keçən il etirazçıları üsyanda ittiham və onları 7 ildən 30 ilədək həbs cəzasına məhkum edərək, növbəti siyasi repressiyalara başlayıb.

"Nikaraquada Orteqa-Murillo rejimi rejimin siyasətinə geniş etiraza cavab olaraq insan haqlarına qarşı qəddarcasına basqılar həyata keçirib və nəticədə 320-dən çox Nikaraqua vətəndaşı həlak olub" - deyə, dövlət katibinin köməkçisi Nikols əlavə edib.

Birləşmiş Ştatlar bütün yarımkürədə, o cümlədən Venesuelada demokratik idarəçiliyi təşviq etməkdə davam edir. 2021-ci ilin noyabrında ölkədə keçiriləcək ümumi seçkilər yaxınlaşdıqca Nikolas Maduro rejimi 40-dan çox siyasi rəqibi və bir neçə jurnalisti həbs edərək seçkilərin nəticələrini faktiki olaraq saxtalaşdırıb.

"Bu siyasi məhbuslar ərzaq, su və tibbi xidmət kimi əsas ehtiyaclarından məhrum edilib. Bundan əlavə, məhbuslar döyülmə, suya batırılma, elektrik cərəyanı və soyuq temperaturlara məruz qalma yolu ilə işgəncələrə məruz qalıb. Qadın məhbuslar təhlükəsizlik qüvvələri tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildirir" - deyə, dövlət katibinin köməkçisi Nikols bildirib.

"Birləşmiş Ştatlar bütün dünya üzrə tərəfdaşları və müttəfiqləri ilə birləşərək, siyasi səbəblərə görə haqsız yerə həbs olunanların hamısının azad edilməsi və venesuelalılara, kubalılara və nikaraqualılara öz liderlərini özlərinin seçməsinə imkan verən azad və ədalətli seçkilərə şərait yaradılması üçün təzyiq göstərməkdə davam edir ," dövlət katibinin köməkçisi Nikols deyib.

"Biz Venesuela, Kuba və Nikaraqua xalqının sabit tərəfdaşı olaraq qalırıq, çünki onlar öz ölkələrinin liderlərinin bütün vətəndaşların insan hüquq və azadlıqlarına hörmət etdiyi daha yaxşı bir gələcək qurmağa çalışır," o bildirib.

Birləşmiş Ştatlar daha çox azadlıq, hökumətin hesabatlılığı və demokratiya səylərində kubalıları, nikaraqualıları və venesuelalıları dəstəkləmək üçün əlində olan diplomatik və iqtisadi vasitələrdən istifadə etməyə davam edəcək.

XS
SM
MD
LG