Accessibility links

Breaking News

Dövrümüzün mühüm problemi


ABŞ Prezidenti Co Bayden Demokratiya Sammitində.
ABŞ Prezidenti Co Bayden Demokratiya Sammitində.

ABŞ Prezidenti Co Bayden ötən dekabr Demokratiya sammitində demişdi ki, avtokratiya ilə demokratiya arasındakı toqquşma “dövrümüzün mühüm problemidir.”

Avtoritar hökumətlərin sayının artmasına və bəzi demokratiyaların geriləməsinə baxmayaraq, “avtokratiyaların demokratiyalardan daha zəif və daha az bacarıqlı olduqlarına dair… dəlillər göz önündədir,” USAID-in administratoru Samanta Pauer deyib.

“Vladimir Putinin Ukraynada apardığı amansız müharibə bizə despotik gücün hara apardığını dəqiq göstərir… Ukrayna xalqının demokratiyaya qucaq açmasından, korrupsioner oliqarxları rədd etməsindən, dinc, avropalı qonşuları ilə daha dərin inteqrasiya istəkləri Putini o qədər təhdid edirdi ki, Rusiya lideri qonşusunun, onun olduğu iddia etdiyi xalqın üzərinə ölüm yağdırdı.”

Ukrayna xalqının azadlıq içində yaşamaq və demokratik seçimlərini qorumaq qətiyyəti və Rusiyanın avtoritar rejiminin güc vasitəsilə onlara əngəl olmaq arzusu dünya boyu demokratiya axtarışında olan vətəndaşların cəsarət və əzmini nümayiş etdirir.

Dünya boyu vətəndaşlar daha çox cavabdeh, daha ədalətli və daha təmsilçi hökumət axtarırlar. Onlar gözəçarpan nəticələr əldə edən, daha bərabər iqtisadi və sosial inkişaf üçün şərait yaradan hökumət istəyirlər.

“Bu, dünyadakı liberal güclərin dərin zəiflik nöqtəsidir və biz bunu həll etməliyik,” administrator Pauer deyib.

“Dünya demokratiyaları, özəl sektordakı müttəfiqlərimiz, vətəndaş cəmiyyəti, çoxtərəfli qurumlar, dini və diaspora icmaları, adi vətəndaşlar” – hamımız azad olmaq istəyən insanların ləyaqət inqilabını genişləndirmək üçün Ukraynada sərgilədiyimiz birliyi artırmalıyıq.”

“Biz azad mətbuat, məhkəmə sistemləri, vətəndaş cəmiyyəti, siyasi partiyalar, yerli hökumət və parlamentlər də daxil olmaqla, demokratiyanın infrastrukturunu inkişaf etdirmək üçün birlikdə işləyərkən həm də tərəfdaşlarımıza “demokratiyanın nəticə verdiyini” göstərməyə kömək etməliyik,” Prezident Bayden deyib.

“Biz burada, Bİrləşmiş Ştatlarda və bütün dünyada bu dəyərləri bizimlə bölüşənləri bizə qoşulmağa çağırırıq. Dünya boyu ləyaqət inqilabını genişləndirmək üçün,” administratoru Pauer deyib. “Bunu etmək üçün isə biz hazırda demokratik parlaq nöqtələrdə tərəqqini möhkəmləndirməli, insanlara rəqəmsal avtokratiyaya qarşı mübarizə aparmağa və qanunsuz qazanclarını qaranlıq künclərdə gizlədən oliqarxlara və avtokratların üstünü açmalıyıq.”

XS
SM
MD
LG