Birləşmiş Ştatlar diplomatiya aparmaq və rabitə kanallarının açıq saxlamaqla Çin Xalq Respublikası ilə münasibətlərini məsuliyyətli şəkildə idarə etməyə sadiqdir.
Dövlət katibi Antoni Blinken bu məqsədə çatmaq üçün bu yaxınlarda Balidə keçirilən Böyük İyirmilərin konfransı çərçivəsində Çinin dövlət müşaviri Vanq Yi ilə beş saat boyunca görüş keçirib.
Görüşdən sonra dövlət katibi Blinken müxbirlərə deyib ki, onlar hər iki ölkə üçün maraq kəsb edən regional və qlobal məsələləri, o cümlədən Kremlin Ukraynaya səbəbsiz müdaxiləsi və Şimali Koreyanın nüvə proqramını müzakirə ediblər. Onlar həmçinin Çin və Birləşmiş Ştatların daha çox əməkdaşlıq edə biləcəyi məsələləri müzakirə ediblər ki, buna iqlim böhranı, ərzaq təhlüksizliyi, qlobal səhiyyə və narkotiklərlə mübarizə daxildir.
Dövlət katibi Blinken deyib ki, iki lider fikir ayrılıqlarının olduğu məsələləri də müzakirə ediblər. Bunlar arasında Pekinin Tayvana qarşı getdikcə təxribatçı ritorikası və əməlləri, Çinin Konq Konqda azadlıqları təqib etməsi, məcburi əmək, Tibetdə etnik və dini azlıqlara qarşı rəftar və Sincanda soyqırım yer alır.
Dövlət katibi Blinken həmçinin deyib ki, o, dövlət müşaviri Vanq Yi ilə Birləşmiş Ştatların Çin Xalq Respublikasının Kremlin Ukraynaya qarşı amasız seçim müharibəsinə rəğmən Rusiya ilə yaxınlığıda dair narahatlığını paylaşıb.
“Pekindən neytral olduğuna dair iddialar eşidirik,” o bəyan edib. “Bu aqqressiyaya neytral yanaşmaq olduqca çətindir. Burada aydın bir təcavüzkar və açıq bir qurban var. Bu, Ukraynadakı insanların həyatları və yaşayışlarına deyil, Çin və Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq qorumalı olduğu beynəlxalq nizama təhlükə yaradır.”
Dövlət katibi Blinken qeyd edib ki, Çin Xalq Respublikasının əməlləri neytral olduğuna dair iddialarını yalanlayır: Rusiya Ukrayna sərhədində qoşun cəmləşdirdiyi bir vaxt Moskva və Pekin “limitsiz tərəfdaşlıq” elan etdilər, iyun ayında isə Prezident Şi bu qərarın arxasında olduğunu təsdiq etdi. Bundan əlavə Pekin BMT və digər beynəlxalq təşkilatlarda Rusiyanı dəstəkləməyə davam edir və Pekin Rusiyanın propaqandasını bütün dünyada təkrarlayır və yayır.
Dövlət katibi Blinken dövlət müşaviri Vanqla görüşü “faydalı və konstruktiv” kimi səciyyələndirib. Lakin o xəbərdarlıq edib ki, “Bu, bizim hamımızın, Bpyük İyirmilərin sammitində şahid olduğumuz kimi ayağa qalxaraq [Rusiyanın] təcavüzünü qınamalı olduğumuz bir andır.”