Finlandiya və İsveç Rusiyanın Ukraynaya qarşı səbəbsiz və amansız müharibəsinə cavab olaraq mayın 18-də NATO üzvlüyünə müraciət etdiblər. Bu, iki ölkə üçün böyük bir addımdır və asan atılmayıb.
Finladnya İkinci Dünya Müharibəsindən bəri hərbi baxımdan neytral olaraq qalıb. İsveçin neytrallıq tarixi ilə iki əsrdən çox əvvələ gedib çıxır. Hər iki ölkənin mövqeyi vətəndaşlarının seçimlərini əks etdirir. Bu düşüncə isə Rusiyanın fevralın 24-də Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra dəyişdi. Mayın ayının ortalarında artıq finlər və isveçlilərin böyük əksəriyyəti təhlükəsizlikləri naminə NATO-ya qoşulmalı olduqlarına qərar verdilər.
NATO müttəfiqləri birlikdə məsləhətləşəndən sonra iki Skandinav ölkəsinin üzvlük müraciətini qəbul etdi. Onlar Prezident Co Baydenin “Şimalda iki yeni NATO üzvünün olması ittifaqımızın təhlükəsizliyini gücləndirəcək və bizim hamımızın təhlükəzilik sahəsində əməkdaşlığımızı dərinləşdirəcək” açıqlaması ilə razılaşıblar.
NATO iyunun 29-da Finlandiya və İsveçə alyansa qoşulmaq üçün rəsmi dəvət göndərib və iyulun 5-də NATO nümayəndələri Finlandiya və İsveçin ittifaqa qoşulma protokollarını imzalayıblar.
“Bu, həqiqətən tarixi məqamdır. Finlandiya üçün, İsveç üçün, NATO üçün və bizim ortaq təhlükəsizliyimiz üçün,” NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Bu sənədlər indi NATO-ya üzv olan hər bir ölkənin tələblərinə uyğun olaraq onların qanunverici orqanları tərəfindən ratifikasiya edilmələdir. Bu proses artıq başlayıb və protokolları ilk Kanada və Danimarka təsdiq edib.
İsveç və Finlandiyanın NATO-ya üzvlüyünüü Birləşmiş Ştatlar Konqresində hər iki partiya dəstəkləyir.
“Birləşmiş Ştatlar onların üzvlüyü güclü şəkildə dəstəkləyir,” Prezident Co Bayden deyib. “Finlandiya və İsveç yüksək qabiliyyətə malik orduları olan güclü demokratiyalardır. Onların üzv olması NATO-nun kollektiv təhlükəsizliyini gücləndirəcək və bütün Transatlantik ittifaq üçün faydalı olacaq. Mən NATO-nun baş katibi Stoltenberq, bizim müttəfiqlərimiz və Konqreslə işləməyi səbirsizliklə gözləyirəm ki, onları alyansımıza qəbul edə bilək,” Prezident Bayden deyib. “Bizim alyansımız hər zamankindən daha güclü, daha birlik və daha qətiyyətlidir.”