Rusiya və İranın aralarında $40 milyard dollarlıq neft və qaz inkişafı sazişi əldə olunmasını bildirməklərinə əlavə olaraq, İranın Ali Lideri Putinə Rusiyanın Ukraynaya qarşı müharibədə dəstəyini təklif edib və deyib ki, Rusiya NATO-dan müdafiə olunmaq üçün hərəkətə məcbur edilib.
ABŞ Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivanın Vaşinqtonda müxbirlərə bildirdiyinə görə, İran hökuməti Rusiyanı döyüş bacarığına malik olan pilotsuz uçuş aparatları daxil olmaqla, ümumi olan 100-ə yaxın PUA ilə təchiz etməyə hazırlaşır.
“Rusiya ukraynalıları öldürmək üçün İranla əməkdaşlığının dərinləşməsini bütün dunya izləməli və əhəmiyyətli hədə kimi görməlidir” – deyə, Sallivan bildirib.
Vladimir Putinin bu yaxınlarda Tehranda İranın ali lideri Əli Xameneyi ilə görüşü bu əməkdaşlığın dərinləşməsinin sübutu idi. Əlavə olaraq, Rusiya və İran neft və qaz inkişafında 40 milyard dollarlıq razılaşma əldə etdiklərini bildiriblər və Ali Lider Putinə Rusiyanın Ukraynaya qarşı müharibəsində dəstəyini təklif edərək, Rusiyanın NATO-dan müdafiə etmək üçün addım atmağa təhrik edildiyini deyib.
ABŞ Dövlət Departamenti sözçüsü Ned Prays İranın Ali Liderinin daha öncə neytrallıq nümayişi cəhdindən sonra “Ukraynaya qarşı qəddar təcavüzdə” Putini dəstəkləməsinin “heyrətamiz” olduğunu bəyan edib. “İndi aydın oldu ki, bu, tamamilə boş bir şey idi. İran indi Ukrayna və Ukrayna xalqına qarşı müharibədə prezident Putini dəstəkləmək üçün bitərəflik pərdəsini geyən az sayda ölkələrin sırasına qoşulub” – deyə sözçü bildirib.
Aydın olan daha bir məqam odur ki, İranın Rusiya ilə yaxınlaşmasının səbəbi hər iki ölkənin təcrididir. Sözçü Prays qeyd edib ki, İran üçün Rusiya ilə yaxınlaşma nə əhəmiyyətli, nə də faydalıdır. O bildirib ki, İranın seçimi var: “Onlar digər ölkələr üçün etibarlı tərəfdaş olmayan Rusiya kimi ölkədən nisbi asılılığı seçə, ya da diplomatiya yolunu seçə bilərlər. Onlar uzun müddətdir masada olan nüvə sazişi ilə bağlı diplomatik yolu seçərək, dünyanın digər ölkələri ilə iqtisadi münasibətlər qura bilərlər. Həmin yol indikindən, onları prezident Putinin qucağına yönəldən yoldan fərqlidir.”
İran üzrə xüsusi nümayəndə Robert Malli CNN-ə müsahibəsində bildirib ki, “bu, tamamilə İran rəhbərliyinin çiynində olan bir seçimdir.”