Accessibility links

Breaking News

Nüvə silahlarının yayılmaması və silahsızlaşmanın təmin edilməsi


ABŞ Dövlət Katibi Antoni Blinken Birləşmiş Millət Təşkilatının Baş Assambleyasında Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsi konfransında çıxış edərkən.
ABŞ Dövlət Katibi Antoni Blinken Birləşmiş Millət Təşkilatının Baş Assambleyasında Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsi konfransında çıxış edərkən.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bu yaxınlarda keçirilən onuncu baxış konfransında ABŞ Dövlət Katibi Antoni Blinken nüvə silahlarının yayılmaması, silahsızlaşma və nüvə texnologiyasın dinc məqsədlərlə istifadəsi haqda danışıb.

Dövlət Katibi Blinken dünyanın nüvə silahlarının yayılmasından imtina etməli olduğunu vurğulayıb və əlavə edib ki, bunun üçün Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsilə əməkdaşlıq edilməlidir.

“Bu, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvlərinin saziş çərçivəsində nəzarət prosesinə riayət etmələrinin tələb edilməsindən, BAEA-nin təhlükəsizlik təminatlarının icrası bacarığının gücləndirilməsi ilə başlayır. Biz dövlətləri yoxlama standardlarını yüksəldən Hərtərəfli Qorunma Müqaviləsinin qəbul etmələrinə çağırırıq. Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzvlərindən kimsə nüvə silahı əldə etmək niyyəti nümayiş etdirsə, biz onların sazişə riayət etmələri üçün birlikdə hərəkət etməliyik.”

Birləşmiş Ştatlar Çin Xalq Respublikası və digər ölkələrlə bərabər riskin azaldılması ilə bağlı hərtərəfli paketin razılaşdırılmasına öhdəliyini ifadə edib.

“Biz gələcəyə baxmaqla bərabər, həmçinin nüvə münaqişəsinin qarşısını alacaq razılaşmaları gücləndirməliyik,” Dövlət Katibi Blinken bildirib.

“Dünyanın istənilən yerində nüvə arsenalının artımını məhdudlaşdırmaq üçün biz Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsinin qüvvəyə minməsini dəstəkləyirik. Biz həmçinin bu il uzun zamandır təxirə salınmış Parçalanan Materialın İstehsalının Kəsilməsi Müqaviləsi üzərində danışıqların bərbası üçün tərəfdaşlarımızla bərabər işə başlamağa hazırıq.”

“Sonda, Birləşmiş Ştatlar nüvə texnologiyasının dinc məqsədlər üçün istifadəsinin faydalarının təhlükəsiz şəkildə hər kəsə əlçatan olmasının təmin edilməsinə diqqət göstərməyə davam etməkdədir. Bu texnologiyalar dünyaya fossil yanacaqdan asılılığın azaldılmasına və iqlim böhranı ilə mübarizəyə yardım edir. Biz həmçinin iqlim dəyişikliyinin qarşısının alınması və nüvə enerjisinə etibarlı çıxışın təmin edilməsinə kömək edən kiçik modul nüvə reaktorları kimi təmiz enerji innovasiyalarını dəstəkləyirik. Prezident Bayden bu yaxınlarda Rumıniyada kiçik modul nüvə reaktorlarının quraşdırılmasını maliyyələşdirmək üçün 14 milyon dollar vəsaitin ayrıldığını elan edib. Bu sahə sıfır emissiyalı nüvə enerjisi təmin edəcək.”

“Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üç əsas istiqaməti üzrə çalışırıq və bu, özümüzdən öncə olanların səyləri nəticəsində baş verir. Bu, bizim hər birimiz üçün ilham mənbəyi olmalıdır. Qorxu məntiqinin qarşısını almaq və nüvə münaqişəsinə yol verməməklə bağlı məsuliyyətimizi yerinə yetirmək, nüvə silahlarının azaldılması, nüvə texnologiyalarının təhlükəsizləşdirilməsi, dünyanın hər bir yerində sülh və tərəqqinin təmin edilməsi üçün,” Dövlət Katibi Blinken bildirib.

XS
SM
MD
LG