Rusiya hökumətinin demokrat müxalifət lideri Aleksey Navalnıya Rusiya ərazisində “Noviçok” adlı əsəb maddəsi ilə sui-qəsd cəhdindən 2 il ötür. Navalnı bu mənfur hücumdan sağ çıxıb xaricdə sağaldıqdan sonra qorxmadan Rusiyaya qayıdanda Kreml utanmazcasına onu siyasi motivli ittihamlarla həbs edib.
Dövlət Departamentinin sözçüsü Ned Prays yenidən Rusiyanın siyasi rəqibini zəhərləmək üçün kimyəvi silahdan istifadə etməsini pisləyib və Kremli kimyəvi silah proqramını tam şəkildə qınayaraq ləğv etməyə çağırıb. Birləşmiş Ştatlar Navalnının ailəsinə, həmkarlarına və bütün dünyadakı tərəfdarlarına qoşularaq onun dərhal azad edilməsinə çağırır.
Digər rusiyalı fəallar da oxşar aqibətlə üzləşib. Aprel ayında Rusiya hakimiyyəti demokratiya müdafiəçisi və Rusiya prezidenti Vladimir Putinin tənqidçisi Vladimir Kara-Murzanı Moskvadakı mənzilinin yaxınlığında küçədə həbs edib. O, qondarma inzibati xəta törətdiyinə görə həbsdə olarkən ona qarşı Rusiya silahlı qüvvələri haqqında “qəsdən yalan məlumat yaymaq” kimi əlavə ittiham irəli sürülüb. Kara-Murza hazırda istintaq təcridxanasındadır və müqəssir tanınsa onu 15 ilə qədər həbs cəzası gözləyir.
Bu, Kremlin Qara-Murzanı təqib etdiyi ilk hal deyil. O, 2015 və 2017-ci illərdə iki dəfə zəhərlənib və komaya düşüb. Onun həyatına edilən bu qəsdlər Rusiya hökumətinin onu Rusiyada insan haqlarını pozanlara qarşı məqsədyönlü sanksiyalar tətbiq edən Maqnitski Aktı üzərində işinə görə cəzalandırması kimi qiymətləndirilib.
Ukraynaya növbəti hərbi müdaxiləyə başladıqdan sonra Kreml sərt həbs cəzalarını nəzərdə tutan geniş senzura qanunları da daxil olmaqla, Rusiyada müxaliflərə və müstəqil mediaya qarşı repressiyalarını gücləndirib. Kreml Rusiya xalqının hərbi qüvvələrin Ukrayna vətəndaşlarına qarşı törətdiyi vəhşiliklərdən xəbərdar olmasının, həmçinin bu ədalətsiz müharibədə Rusiyanın çox sayda lazımsız hərbi itkilərii olduğunu öyrənsinin qarşısını almağa çalışır.
Mətbuat katibi Prays ABŞ-ın Rusiyada Aleksey Navalnı, Vladimir Kara-Murza və digər siyasi məhbuslarla, eləcə də şəxsi risklərinə baxmayaraq, Kremlin yalanlarına qarşı həqiqətlə çıxan minlərlə digər cəsarətli Rusiya vətəndaşları ilə həmrəy olduğunu təsdiqləyib.