ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Riçard Mills avqustun 23-də qeyd edib ki, Sudan oktyabrda hərbi nəzarətə götürüləndən bəri Sudan xalqı demokratiya və insan hüquqlarına hörmət istəklərini həyata keçirə biləcəkləri daha yaxşı gələcək tələb etmək üçün küçələrə çıxıb.
Birləşmiş Ştatlar inanır ki, “Sudanın siyasi böhranının həlli 2019-cu il inqilabının vədlərini yerinə yetirmək üçün işləyə biləcək mülki şəxslərin rəhbərlik etdiyi keçid hökumətinin formalaşmasını tələb edəcək,” səfir Mills bəyan edib.
Sudanın demokratik keçidi və mülki idarəçiliyinin bərpası üçün Sudanın rəhbərlik etdiyi dialoqa vahid beynəlxalq yardım çox vacibdir.
Biz Birləşmiş Millətlər Təşkilatının Sudanda İnteqrasiya edilmiş Keçid Dövründə Yardım Missiyasına və ya UNITAMS-a Juba Sülh Sazişini dəstəkləmək də daxil olmaqla, mandatının tam şəkildə həyata keçirilməsində dəstəyimizi davam etdirəcəyik” - deyə, səfir Mills qeyd edib.
“Biz Darfurda 100 mindən çox insanı köçkün vəziyyətinə salan zorakılıqlardan narahat olmaqda davam edirik,” səfir əlavə edib.
İcmalararası zorakılıq sosial birliyi təhdid edir və dinc birgə yaşama ehtimalını və sülh prosesinin davamlılığını azaldır. Mülki şəxslərin müdafiəsinə ehtiyac, təhlükəsizlik sektorunda islahatların aparılması, beynəlxalq monitorinq və hesabat mexanizmlərinin yaradılması aktualdır.
Səfir Mills Juba Sülh Sazişini imzalayanları Darfur Birgə Təhlükəsizlik Mühafizə Qüvvələrinin təlimi və yaradılmasına görə təbrik edib.
“Bu, mülki şəxslərin müdafiəsini yaxşılaşdırmaq üçün mühüm addımdır” - deyə, o bildirib.
Beynəlxalq Cinayət Məhkəməsinin Sudan üzrə prokuroru son hesabatında qeyd edib ki, Sudan səlahiyyətliləri Darfurdakı araşdırmalara yardım üçün addımlar atıblar.
Səfir Mills bu cür əməkdaşlığı davam etdirməyə çağırıb.Məhkəmənin səyləri nəticəsində aprel ayında Birləşmiş Ştatlar 31 hərbi cinayət və insanlığa qarşı cinayətlərlə üzləşən keçmiş Cəncavid komandiri Əli Məhəmməd Əli Əbd-əl Rəhmana qarşı məhkəmənin başlanmasını alqışlayıb.
Son bir neçə ay ərzində şahidlərin çoxu Darfurda dinc əhalinin kütləvi şəkildə öldürülməsi, talan, sui-istifadə və icmaların məhv edilməsi barədə danışmaq üçün minlərlə mil məsafəni qət edərək Haaqaya gedib.
Birləşmiş Ştatlar Sudan hakimiyyətini sübutlar və əsas şahidlərə maneəsiz çıxış yolu ilə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlığı davam etdirməyə çağırır.
Səfir Mills vurğulayıb ki, ICC tərəfindən həbs qərarı verilən şəxslər ədalət qarşısında cavab verməli və mühakimə üçün təhvil verilməlidir.
Birləşmiş Ştatlar demokratik, insan hüquqlarına hörmət edən və firavan Sudan üçün Sudan xalqının yanında dayanır.