Accessibility links

Breaking News

Rusiya Atom Elektrik Stansiyasına nəzarəti Ukraynaya qaytarmalıdır


A security person stands in front of the Zaporizhzhia nuclear power plant, amid the ongoing Russian military action in Ukraine, Sept. 11, 2022.
A security person stands in front of the Zaporizhzhia nuclear power plant, amid the ongoing Russian military action in Ukraine, Sept. 11, 2022.

Birləşmiş Ştatlar martın 4-də Rusiya qüvvələri tərəfindən ələ keçirilən Ukraynanın Zaporijye Atom Elektrik Stansiyasında beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi və digər təhlükəsizlik standartlarının tətbiq olunmasına çağırmaqda davam edir.

Birləşmiş Millətlər Təşkilatının Xüsusi Siyasi Məsələlər üzrə Baş Müşaviri, ABŞ elçisi Cefri DeLaurentis, “Biz [Beynəlxalq Atom Enerjisi Agentliyi] BAEA-nin obyektə davamlı, maneəsiz və təhlükəsiz çıxışını dəstəkləyirik” dedi. “Bu məqsədlə Rusiyanın ukraynalı operatorlara BAEA komandasının və ukraynalı operatorların nüvə insidenti riskini azaltmaq üçün stansiyanın təhlükəsiz istismarı üçün vacib hesab etdikləri istənilən və bütün tədbirləri həyata keçirməsinə icazə verməsi vacibdir.”

Birləşmiş Ştatlar Ukraynanın Zaporojye nüvə obyekti ətrafındakı ərazinin demilitarizasiya olunmasına dair çağırışını dəstəkləyir. “Rusiyanın dünyanı lazımsız riskə və nüvə fəlakəti ehtimalına məruz qoymağa haqqı yoxdur,” səfir DeLaurentis bəyan edib.

Zavodda və ya onun ətrafında demək olar ki, hər gün baş verən hər bir silahlı münaqişə nüvə insidenti riskini artırır. Ərazidə baş verən son atışma növbəti dəfə xarici elektrik xəttinin kəsilməsinə gətirib çıxararaq, zavodun təhlükəsiz şəkildə fəaliyyət göstərməsini riskə atıb. Səfir DeLaurentis “Rusiyanı Ukraynanın nüvə obyektlərində və ya yaxınlığında bütün hərbi əməliyyatları dayandırmağa və tam nəzarəti Ukraynaya qaytarmağa çağırıb.”

“Stansiya və onun istehsal etdiyi elektrik enerjisi Ukraynaya məxsusdur. Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını Ukraynadan ayırmaq və onun yaratdığı enerjini Rusiyaya yönəltmək cəhdi son dərəcə təxribatçı, mənfəətpərəst və dardüşüncəlilik olardı,” səfir DeLaurentis xəbərdarlıq edib. “Biz Rusiyanın Ukraynanın elektrik şəbəkəsindən bu əsassız müharibədə alət, Ukraynanın atom elektrik stansiyasından isə hərbi qalxan və ya qüvvə yerləşdirmə obyekti kimi istifadə etmək cəhdlərini rədd edirik.”

“Rusiya Federasiyası ehtiyatsız davranışına son qoymalı və dərhal qoşunlarını təkcə Zaporijye ətrafındakı ərazidən deyil, bütün Ukraynadan çıxarmalıdır,” səfir DeLaurentisə çağırıb.

Bu münaqişənin mülki əhaliyə verdiyi zərər getdikcə artdıqca, Rusiyanın silahlarını susdurmaq, Ukraynadan geri çəkilmək və diplomatiyaya əl atmaq vaxtı çatıb. Rusiya, BMT Nizamnaməsində tələb olunduğu kimi, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə borcludur.

XS
SM
MD
LG