Accessibility links

Breaking News

ABŞ İranın sabitliyi pozan fəaliyyətlərinə qarşı durmaqda davam edəcək


ABŞ İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıdır.

Prezident Co Bayden bunu dəfələrlə vurğulayıb. O, bu məqsədə çatmağın ən yaxşı yolunun diplomatiyadan keçəcəyinə inandığını da açıqlayıb.

2021-ci ilin aprel ayından etibarən ABŞ İranın nüvə sazişinin (JCPOA) tam icrasına qarşılıqlı qayıtmaq məqsədi ilə İranla dolayı danışıqlar aparır.

Birləşmiş Ştatlar 2018-ci ildə sabiq prezident Donald Trampın dövründə sazişdən çıxıb və o vaxtdan bəri İranın əgər bunu etmək istəsə, nüvə silahı üçün kifayət qədər material istehsalı vaxtı olub.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Əl Ərəbiyyə" telekanalına verdiyi müsahibədə vurğulayıb ki, JCPOA-nın tam icrasına qarşılıqlı qayıdışın əldə edilib-edilməməsindən asılı olmayaraq, Birləşmiş Ştatlar ABŞ 2018-ci ildə JCPOA-dan çıxdıqdan sonra İranın regionda artmaqda davam edən sabitliyi pozan fəaliyyətlərinə qarşı tam hazırdır. "Nüvə sazişi olsa da, olmasa da biz milli təhlükəsizlik maraqlarımızı müdafiə edəcəyik" - deyə, Milli Təhlükəsizlik Şurasının koordinatoru Kirbi əlavə edib.

"Biz bunu iqtisadi cəhətdən, hələ də qüvvədə olan sanksiyalarla edə bilərik. İnsanlarımızı və obyektlərimizi müdafiə etmək baxımından bunu hərbi yolla da edə bilərik.

Kirbi bildirib ki, ABŞ belə addımlar atmamağa üstünlük verəcək. "İranın qəbul etməli olduğu bəzi qərarlar var. Təkcə müzakirə olunan [nüvə] razılaşması ilə bağlı deyil, həm də regionda öz irəliləyişinin necə olacağını görmək istəyi,"o deyib.

Kirbi qeyd edib ki, "İran liderləri" terror şəbəkələrini dəstəkləyir. Dəniz nəqliyyatını təhdid edən onlardır. Onlar Yaxın Şərqdə siyasi sabitliyin pozulmasına ön planda töhfə verənlərdir. Bu kimi işləri dayandırmaq üçün özləri bəzi qərarlar qəbul edə bilərlər. Onlar ABŞ və digər ölkələrdən iqtisadi və hərbi baxımdan aldıqları təzyiqlə də üzləşməyəcəklər".

XS
SM
MD
LG