Accessibility links

Breaking News

Ukraynanın müvəffəq olması üçün NATO müttəfiqləri arasında birlik mühümdür


ABŞ-ın DÖvlət katibi Antoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-nun baş qərargahında. 9 sentyabr, 2022.
ABŞ-ın DÖvlət katibi Antoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-nun baş qərargahında. 9 sentyabr, 2022.

Belçikanın paytaxtı Brüsseldə Şimali Atlantika Şurasının iclasından sonra çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada müharibənin kritik mərhələyə daxil olduğunu bildirib. “Rusiya döyüşü dayandırsa, sülh olacaq. Ukrayna döyüşü dayandırsa, artıq müstəqil dövlət kimi mövcud olmayacaq. Ona görə də biz Ukrayna və özümüz üçün bu kursu davam etdirməliyik.”

ABŞ Dövlət katibi Antoni Blinken də bununla razılaşıb. “Biz NATO Sammitində yeni Strateji Konsepsiya tərtib etmişik. Biz Ukraynada Rusiyanın təcavüzü ilə üzləşmişik. Biz bunu birlikdə etdik,” o deyib.

“Bizim NATO-da, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlardakı ittifaqlarımız və tərəfdaşlığımızdakı birliyimiz məqsədlərimizə - Ukraynanın özünü müdafiə etmək qabiliyyətini dəstəkləmək, Rusiyaya təcavüzünə görə təzyiq göstərmək, danışıqlar üçün şərait yarandığı zaman Ukraynanın ən güclü mövqedə olmasını təmin etmək kimi ümumi məqsədlərə -nail olmaq üçün vacibdir”.

Bu məqsədlə dövlət katibi Blinken Ukraynaya və həmçinin onun qonşularına 2.8 milyard dollardan çox əlavə təhlükəsizlik yardımı ayırdığını açıqlayıb.

“Bu dəstəyə Ukraynaya 675 milyon dollar yeni hərbi yardım daxildir. Bu, prezident Baydenin Rusiyanın təcavüzündən əvvəl başlatdığı hərbi texnika yardımlarından iyirmincisinin bir hissəsidir,” Blinken deyib. “Bura daha çox idarə olunan raket sistemləri, artilleriya sursatları, yüksək sürətli radiasiya əleyhinə raketlər, tank əleyhinə sistemlər daxildir. İyirminci yardımın ümumi dəyər indi artıq 14,7 milyard dollar təşkil edir.”

Bu məbləğin bir hissəsi bizim avropalı müttəfiqlərimizə və tərəfdaşlarımıza gələcək illərdə, Rusiyanın gələcək təcavüzünün qarşısını almaq və, lazım olsa, ona qarşı müdafiə olmaq üçün hazırlıq prosesinə başlamağa kömək edəcək.

“Prezident Putin NATO-nu parçalayacağını və zəiflədəcəyini düşünürdü. Bu gün ittifaq əvvəlkindən daha güclü, daha vahid və daha yaxşı resurslarla təmin olunub.”

Bununla belə, dövlət katibi Blinken təkid edib ki, “Rusiyanın təcavüz müharibəsinə qəti şəkildə son qoymağın yeganə yolu diplomatiyadır. Biz hazırda Rusiyanın ciddi şəkildə bu cür diplomatiya ilə məşğul olduğuna dair heç bir işarə görmürük, ancaq əgər o vaxt nə zamansa gəlib çatsa, Ukrayna mümkün olan ən güclü mövqedə olmalıdır,” dövlət katibi Blinken bildirib.

“Və buna görə də bizim kursumuzu davam etdirməyimiz, birlik olaraq qalmağımız, nə qədər lazım olsa, Ukraynaya dəstəkdə birlik, müttəfiqlərimiz və tərəfdaşlarımızla bir olmağımız çox vacibdir,”

XS
SM
MD
LG