Accessibility links

Breaking News

BMT Sincandakı insan hüquqları pozuntuları ilə bağlı gözlənilən hesabatını açıqlayıb


Birləşmiş Millətlər Təşkilatının Çinin Sincan bölgəsində insan hüquqlarının vəziyyəti ilə bağlı maraqla gözlənilən hesabatı açıqlanıb. Dövlət katibi Antoni Blinken deyib ki, hesabat "Sincanda baş verən insan hüquqları pozuntuları və zorakılıqları narahatlıq doğuran təfərrüatlarla təsvir edir."

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının müəllifi olduğu hesabatda “uyğur və əsasən müsəlman qrupların üzvlərinin ixtiyari şəkildə və ayrı-seçkilik səbəbilə həbsinin miqyası…beynəlxalq cinayət, ələlxüsus da insanlığa qarşı cinayətlərə bərabər ola biləcəyinə” və Sincanda “ciddi insan hüquqları pozuntularının törədilldiyinə” dair nəticəyə gəlinib.

Hesabat BMT ekspertlərindən ibarət komitənin Çin Xalq Respublikasının 1 milyondan çox uyğur və digər müsəlman azlıqları terrorla mübarizə və ekstremizmə qarşı mübarizə strategiyaları adı altında Sincanda, onların dediyinə görə, yenidən təhsil düşərgələrində saxladığına dair “etibarlı məlumatlara” diqqəti cəlb etməsindən dörd il sonraya təsadüf edir.

Katib Blinken hesabatı alqışlayaraq, onun “Çin Xalq Respublikası hökuməti tərəfindən uyğurlara və digər etnik və dini azlıqların üzvlərinə qarşı dəhşətli rəftar və zorakılıqları nüfuzlu şəkildə təsvir etdiyini” deyib. Hesabata əsasən, bu zorakılıqlara “dini kimlik və ifadəyə, habelə şəxsi həyat və hərəkət hüquqlarına əsassız məhdudiyyətlər daxildir. Ailə planlaşdırılması və doğuşa nəzarət siyasətinin məcburi və ayrı-seçkilik yolu tətbiq edilməsi ilə reproduktiv hüquqlarının pozulmasına dair ciddi əlamətlər var.” Şahidlər həmçinin cinsi zorakılığın müxtəlif formaları, o cümlədən zorlama, məcburi çılpaqlıq da daxil olmaqla, cinsi alçaltmanın müxtəlif formaları barədə məlumat veriblər.

Katib Blinken bəyan edib ki, bu hesabat ABŞ-ın “Çin Xalq Respublikası hökumət orqanlarının əksəriyyəti müsəlman olan uyğurlara və Sincandakı digər etnik və dini azlıq qruplarının üzvlərinə qarşı törətdiyi davamlı soyqırım və insanlığa qarşı cinayətlərlə bağlı ciddi narahatlığını “dərinləşdirir və bir daha təsdiqləyir.”

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Linda Tomas-Qrinfild “İnsan Hüquqları Şurasının bütün üzvlərinə bu hesabatın nəticələrini ən qısa zamanda rəsmi şəkildə müzakirə etməyə və bu vəhşilikləri həyata keçirənləri cavabdeh tutumağa çağırıb.”

Dövlət katibi Blinken həmçinin “çox sayda qurbanlar üçün ədalət və cavabdehlik axtaracağına” söz verib. “Biz Çin Xalq Respublikasını cavabdeh tutmağa davam edəcəyik və Çin Xalq Respublikasını haqsız yerə həbs edilənləri azad etməyə, yoxa çıxanlar barədə məlumat verməyə və müstəqil təhqiqatçılara Sincan, Tibet və bütün Çin Xalq Respublikasının ərazisinə tam və maneəsiz giriş imkanı verməyə çağırmağa davam edəcəyik,” o deyib.

XS
SM
MD
LG