Accessibility links

Breaking News

Blinken Qlobal Ərzaq Təhlükəsizliyi Sammitində


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Dövlət katibi Antoni Blinken bu yaxınlarda keçirilən Qlobal Ərzaq Təhlükəsizliyi Sammitində bəyan edib ki, dünyada 200 milyondan çox insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir.

BMT may ayında Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Yol Xəritəsi: Hərəkətə Keçməyə Çağırış başladıb. Təşkilat üzv ölkələri yeddi tədbir görməyə çağırıb ki, buna ərzaq və kənd təsərrüfatı bazarlarını açıq tutmaq, gübrə istehsalını artırmaq və iqlimə davamlı kənd təsərrüfatına investisiya daxildir.

Yol xəritəsini 100-dən çox ölkə imzalayıb və bir çoxları artıq bu öhdəliklərini yerinə yetirməyə başlayıblar. “Hərəkətə keçmək vacibdir,” dövlət katibi Blinken bəyan edib “çünki hazırkı böhran tək bir ölkə və ya hətta bir qrup ölkənin təkbaşına həll edə biləcəyi bir böhran deyil.” Prezident Bayden BMT-nin Baş Assambleyasında qlobal ərzaq çatışmazlığı ilə mübarizə üçün 2.9 milyard dollarlıq yeni yardım pakerini açıqlayıb. Bundan öncə isə Birləşmiş Ştatlar qlobal ərzaq təhlükəsizliyini dəstəkləmək üçün artıq 6.9 milyard dollar pul vəd edib.

Ancaq Dövlət katibi Blinken qeyd edib ki, bu mübarizəyə hər kəs töhfə vermir. “Daha çox etmək imkanı olan bəzi ölkələr ən az edənlər arasındadır. Bu dəyişməlidir. Ölkələrin indiyədək nələr etdiklərindən asılı olmayaraq, hər bir ölkə daha çox şey etməyə çağırılır.”

“Bizim təcili yardımı dəstəkləyə biləcəyimiz başqa bir yol, Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Qara dəniz limanlarından taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracına imkan verən müqavilənin uzadılmasına təkan verməkdir” Blinken deyib.

Dövlət katibi Blinken deyib ki, ikinci addım ölkələrə öz ərzaqlarını istehsal etmək bacarıqlarını inkişaf etdirməyə yardım etməkdir:

“Birləşmiş Ştatlar növbəti beş il ərzində Konqreslə dünya boyu davamlı kənd təsərrüfatı istehsalı məqsədinə 11 milyard dollardan çox pul investisiya qoymaq üzərində işləyəcək. Biz ötən ay Gələcəyi Qidalandır proqramına səkkiz yeni afrikallı tərəfdaş əlavə etdir. Bu, bizim sosial təhlükəsizlik şəbəkələrini genişləndirmək, ərzaq sistemlərini gücləndirmək, qidalanmanı yaxşılaşdırmaq üçün əsas proqramımızdır.”

Nəhayət hökumətlər, regional qurumlar, fondlar və QHT-lərin birlikdə işlədiklərindən əmin olmaq üçün onlar arasında daha yaxşı koordinasiya olmalıdır.

“Amma bəlkə də, ən asası, bizim dediklərimizdən çox, əlbəttə ki, etdiklərimiz daha vacibdir,” dövlət katibi Blinken deyib. “İnsanlarımızın sağlamlığ, sabitliyi və rifahı bizim birliklə yaratdığımız ərzaq təhlükəsizliyindən asılıdır.”

XS
SM
MD
LG