Accessibility links

Breaking News

ABŞ və tərəfdaşları Əfqanıstan xalqına yardım fondu yaradır


Birləşmiş Ştatlar İsveçrə hökuməti və əfqan iqtisadi ekspertləri ilə koordinasiyada Əfqanıstan xalqının xeyrinə bir fond və ya "Əfqan Fondu" təsis etdiyini elan edib.

Birləşmiş Ştatlar davam edən iqtisadi və humanitar böhranlar şəraitində Əfqanıstan xalqını dəstəkləməyə sadiqdir. 14064 saylı İcra Sərəncamına əsasən, Prezident Co Bayden Əfqanıstan Mərkəzi Bankının ehtiyatlarının 3,5 milyard dollarını Əfqanıstan xalqının xeyrinə istifadə etməyə və onları Talibanın əlindən kənarda saxlamağa imkan verib. Əfqan Fondu Əfqanıstan iqtisadiyyatına sabitliyin təmin edilməsinə yardım üçün həmin 3,5 milyard dollar məbləğində məqsədyönlü ödənişlər edəcək.

"Əfqanıstan xalqı onilliklər boyu davam edən qarşıdurmalar, şiddətli quraqlıq, COVID-19 və endemik korrupsiya nəticəsində yaranan humanitar və iqtisadi böhranlarla üzləşib" - deyə, ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.

Əfqanıstan Fondunun yaradılması ilə Birləşmiş Ştatlar və tərəfdaşları Talibanı saxlamağa davam edərkən Əfqanıstan xalqı üçün əzabları azaltmaq və iqtisadi sabitliyi yaxşılaşdırmaq məqsədi ilə əlavə resursların cəlb edilməsini təmin etmək üçün mühüm, konkret addım atır".

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo "Talibanın repressiyaları və iqtisadi səhv idarəçiliyi Əfqanıstan üçün uzun müddətdir davam edən iqtisadi problemləri daha da ağırlaşdırıb, o cümlədən Əfqanıstanın əsas iqtisadi təsisatlarının imkanlarını azaldan və bu vəsaitlərin Əfqanıstana qaytarılmasını qeyri-mümkün edib. Bu fond vasitəsilə Birləşmiş Ştatlar Əfqanıstanda sadə insanların həyatını yaxşılaşdırmaq məqsədi ilə bu aktivlərdən istifadəni asanlaşdırmaq üçün beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edəcək".

Dövlət katibinin müavini Şerman qeyd edib ki, "Birləşmiş Ştatlar artıq humanitar yardımın ən böyük donorudur".

Dünya Bankı və Asiya İnkişaf Bankı ilə əsas xidmətlər və digər təcili ehtiyaclar üçün 1 milyard dollardan çox yardım ayırmaq, əlavə olaraq 814 milyon dollardan çox vəsait ayırmaq üçün birgə çalışır.

Birləşmiş Ştatların humanitar yardımı birbaşa icraçı tərəfdaşlara Əfqanıstan xalqını dəstəkləməklə yanaşı, vəsaitlərin Talibana fayda verməsinin qarşısını alır.

İndi Əfqanıstan Fondu Əfqanıstan xalqı adından diplomatik və humanitar səylərin bir hissəsi olacaq.

XS
SM
MD
LG