Accessibility links

Breaking News

ABŞ Hind-Sakit okean regionundakı öhdəliklərinə sadiqdir


Birləşmiş Ştatlar Hind-Sakit okean regionunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Müdafiə naziri Lloyd Austin bu yaxınlarda verdiyi müsahibədə "biz müttəfiqlərimizə azad və açıq Hind-Sakit Okeanı saxlamağa kömək etmək üçün doğru yerlərdə lazımi imkanlara malik olduğumuzdan əmin olmaq üçün işləməkdə davam edirik" deyib.

Müdafiə naziri Austin Çin Xalq Respublikasının artan hərbi fəaliyyəti və Tayvan boğazına müdaxiləsi ilə bağlı suala belə cavab verib: “Çin bizim yeni norma adlandıra biləcəyimizin qurulmasına doğru hərəkət edir... Biz onların öz təyyarələri ilə Tayvan boğazının bir sıra mərkəz xəttini keçdiklərini gördük. Və zaman keçdikcə bu rəqəm artır. Tayvan və ətrafındakı sularda onların səth gəmiləri ilə daha çox fəaliyyət gördük”.

Müdafiə naziri ABŞ-ın Tayvanla bağlı status-kvonun birtərəfli qaydada dəyiıməsini görmək istəmədiyini və ABŞ-ın tək Çin siyasətini ilə bağlı fikrinin dəyişmədiyini vurğulayıb.

O qeyd edib ki, Tayvan Münasibətləri Aktına uyğun olaraq, “biz Tayvana özünü müdafiə qabiliyyətini inkişaf etdirməyə kömək etməyə sadiqik. Və bu iş zaman keçdikcə davam edir. Bu, gələcəkdə də davam edəcək”.

Keçən ay Asiyaya səfəri zamanı vitse-prezident Kamala Harris Yaponiyanın Yokosuka şəhərində USS Howard gəmisindəki çıxışında eyni öhdəliyi vurğulayıb. O, ÇXR-in Şərqi Çin dənizində və Cənubi Çin dənizində narahatedici davranışını və ən son Tayvan boğazı üzərindəki təxribatlarını qeyd edib.

“Biz status-kvonun istənilən birtərəfli dəyişikliyinə qarşı çıxmaqda davam edəcəyik” - deyə, vitse-prezident bildirib.

O deyib ki, "biz uzunmüddətli siyasətimizə uyğun olaraq Tayvanın özünümüdafiəsini dəstəkləməkdə davam edəcəyik. Tayvan texnologiyadan sağlamlığa və bunun hüdudlarından daha geniş qlobal rifaha töhfə verən canlı demokratiyadır və Birləşmiş Ştatlar qeyri-rəsmi əlaqələrimizi dərinləşdirməkdə davam edəcək. Birləşmiş Ştatlar ÇXR ilə münaqişə və ya soyuq müharibəyə can atmır. Əslində biz qlobal problemləri həll etmək istəyən hər bir ölkə ilə işləyəcəyik. Birləşmiş Ştatlar qürurlu bir Sakit okean gücüdür. Birləşmiş Ştatların Hind-Sakit okean bölgəsində olması sülh, sabitlik, müttəfiqlərimizi və tərəfdaşlarımızı dəstəkləmək üçündür" - deyə, vitse-prezident vurğulayıb.

XS
SM
MD
LG