Accessibility links

Breaking News

ABŞ İranın Rusiyaya pilotsuz uçuş aparatları verməsindən narahatdır


İran istehsalı "Kamikadze" dronlarından istifadə edən Rusiya aviasiyasının ölümcül zərbələri Ukrayna şəhərlərini sarsıtmaqda davam edir, dinc sakinlər həlak olur, yaşayış binalarına, elektrik stansiyalarına, kanalizasiya təmizləyici qurğulara, körpülərə və uşaq meydançalarına ziyan vurur.

Dövlət Departamentinin sözçünün müavini Vedant Patel xəbərdarlıq edib ki, Rusiyanın İranla müttəfiqliyinin dərinləşməsi. . .bütün dünya, xüsusən də regionda olanlar tərəfindən ciddi təhlükə kimi qəbul etməlidir".

Buna cavab olaraq Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasının iclasında İranın pilotsuz uçuş aparatları və ya PUA-ların təhvil verilməsi məsələsini qaldırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında Birləşmiş Ştatların "Rusiyanın bu PUA-ları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozaraq İrandan almasından ciddi narahat olduğunu" bildirib.

"Birləşmiş Ştatlar iyul ayında İranın Rusiyanın Ukraynaya qarşı amansız müharibəsində istifadə etmək üçün PUA-ları Rusiyaya təhvil verməyi planlaşdırdığı barədə xəbərdarlıq etməyə başlayıb və indi bizdə bu PUA-ların Ukraynanın mülki əhalisinə və mühüm infrastruktura zərbələr endirmək üçün istifadə edildiyinə dair çoxlu sübutlar var"- deyə, o qeyd edib.

Münaqişədə pilotsuz aparatların böyük rolu olub, lakin yaydan bəri onların istifadəsi artıb. Əksinə sübutlar olsa da, İran Rusiyaya silah tədarük etdiyini inkar edib.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı missiyasının sözçüsü Neyt Evans təsdiqləyib ki, "Rusiyanın Ukrayna xalqına, o cümlədən mülki şəxslərə və mühüm mülki infrastruktura qarşı qəddar və qəsdən hücumlarda İran istehsalı olan PUA-lardan istifadə etdiyinə dair kifayət qədər dəlil var. Bu silahları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq almaqla Rusiya Ukraynaya qarşı mənasız və qəddar müharibəyə can ataraq beynəlxalq hüququ pozmaqda davam edir".

"İran yalan danışmaqda və Ukraynada istifadə üçün Rusiyaya silah verdiyini inkar etməkdə davam etdikcə ABŞ Rusiyaya təhlükəli silahların ötürülməsinin qarşısını almaq üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə sadiqdir," Prays deyib.

"Biz bu transferlərdə iştirak edən hər kəsə qarşı sanksiyalarımızdan və digər müvafiq vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik. Biz, həmçinin Ukraynaya görünməmiş təhlükəsizlik yardımını, o cümlədən hava hücumundan müdafiə imkanlarını artırmaqda davam edəcəyik ki, Ukrayna özünü bu silahlardan qoruya bilsin" , Prays əlavə edib.

XS
SM
MD
LG