Accessibility links

Breaking News

Qadınlar Əfqanıstanın iqtisadi bərpasının açarıdır


Əfqanıstan xalqı onilliklər boyu davam edən münaqişələr, şiddətli quraqlıq, COVID-19 və endemik korrupsiya nəticəsində yaranan humanitar və iqtisadi böhranlarla üzləşirb

Talibanın repressiyaları və iqtisadiyyatı pis idarəçiliyi uzun müddətdir davam edən iqtisadi problemləri daha da ağırlaşdırıb.

"BMT-nin İnkişaf Proqramına görə, Taliban cəmi 12 ayda 10 illik iqtisadi artımı geri çevirib və onların qadınlara tətbiq etdiyi məhdudiyyətlər 1 milyard dollara qədər iqtisadi itki ilə nəticələnə bilər" - deyə, BMT-nin müşaviri Con Kelli xəbərdarlıq edib.

Əfqanıstanın iqtisadi bərpasının açarı qadın və qızlar da daxil olmaqla, cəmiyyətin bütün üzvlərinin iştirakı olacaq.

Kelli "hamımızın bildiyi kimi Taliban bütün əfqanların, xüsusən də qadın və qızlar üçün insan hüquqlarının həyata keçirilməsini ciddi şəkildə məhdudlaşdırıb" deyib.

Bu yaxınlarda Taliban əfqan qadınlarının parklara, idman zallarına və hamamlara getməsinin qarşısını almaq üçün hərəkətə keçdi. Bunların hamısı Əfqanıstan cəmiyyətində qadınların iştirakını məhdudlaşdırmaq üçün sistematik səylərin bir hissəsidir.
Bu kimi məhdudiyyətlər qadınların gələcək nəslini ailələrini saxlamaq və icmalarına töhfə vermək perspektivlərindən məhrum edir. İqtisadiyyatda qadınların tam iştirakı olmadan Əfqanıstanın tam bərpası mümkün olmayacaq. Qadınlar işçi qüvvəsindən kəsildikdə, cəmiyyət öz əhalisinin yarısının istedadını və məhsuldarlığını itirir.

"Qadınlara icazə verilsəydi onlar yoxsulluqla üzləşən ailələr üçün xilas ola bilərdi. Onlar Əfqanıstanda son dərəcə ehtiyac duyulan bir vaxtda daha sabit, daha möhkəm icmalar yaratmağa kömək edə bilərdi," Kelli qeyd edib.

Sentyabr ayında dövlət katibi Antoni Blinken Əfqanıstan Qadınlarının İqtisadi Dayanıqlığı Alyansının başladığını elan edib. Alyans əfqan qadınlarının işçi qüvvəsində iştirakını, sahibkarlığını və təhsilini inkişaf etdirmək məqsədi daşıyan dövlət-özəl tərəfdaşlığıdır. ABŞ qadın sahibkarlığını dəstəkləyəcək bu təşkilata 1,5 milyon dollar ayırıb..

Avqust ayında ABŞ Əfqanıstanda gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasını dəstəkləmək üçün 30 milyon dollarlıq öhdəlik elan edib.

"Birləşmiş Ştatlar əfqan xalqının gələcəyinə sərmayə yatırmaqda davam edir. Biz sabit, firavan və özünə güvənən, bütün vətəndaşlarının insan hüquqlarına hörmət edən Əfqanıstanı dəstəkləmək üçün beynəlxalq ictimaiyyətlə işləməkdə davam edəcəyik".

XS
SM
MD
LG