Accessibility links

Breaking News

ABŞ və Avstraliyanın sarsılmaz müttəfiqliyi


ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Dövlət katibi Antoni Blinken Avstraliyanın xarici işlər naziri Penni Vonq və Avstraliyanın baş nazirinin müavini və müdafiə naziri Riçard Marleslə görüşlərdən sonra Birləşmiş Ştatlar və Avstraliya arasındakı münasibətləri "sarsılmaz ittifaq" adlandırıb.

"Avstraliya və Birləşmiş Ştatlar bir əsrdən artıqdır ki, hər bir böyük münaqişədə çiyin-çiyinə dayanıb. Demokratiyalarımız və xalqlarımız arasındakı bağ ortaq fədakarlıq, ortaq dəyərlər və ortaq tarix vasitəsilə qurulub. Biz gələcəyə baxdığımız zaman bu bağların heç vaxt olmadığı qədər güclü olduğunu görürük" - deyə, Ostin bildirib.

"ABŞ və Avstraliya ölkələrin öz gələcəklərini təyin edə bildikləri və məcburiyyət və hədə-qorxudan azad təhlükəsizlik və rifah axtara bildikləri bir bölgəyə dair baxışı paylaşır".

Ostin deyib: "Təəssüf ki, bu baxışa bu gün etiraz edilir. Çinin bütün Hind-Sakit okeanında, o cümlədən Tayvan ətrafında, Sakit Okean adaları ölkələrinə, Şərq və Cənubi Çin dənizlərinə qarşı təhlükəli hərəkətləri regional sülh və sabitliyi təhdid edir".

Bu arada, Rusiyanın Ukraynaya qarşı qəddar və səbəbsiz müharibəsi ölkələrin daha təhlükəsiz olmasına yardım edən qaydalara əsaslanan beynəlxalq nizama hücumdur.

Qlobal çağırışlar qarşısında Birləşmiş Ştatlar və Avstraliya Avstraliyada ABŞ qüvvələrinin rotasiya mövcudluğunu artırmaqla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə razılaşıb. Buraya bombardmançı operativ qrupların, qırıcıların rotasiyaları və ABŞ Hərbi Dəniz Qüvvələrinin və ABŞ Ordusunun imkanlarının gələcək rotasiyaları daxildir.

ABŞ və Avstraliya logistika və dayanıqlılıq sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər ki, bu da onların "qarşılıqlı işləmə qabiliyyətini dərinləşdirəcək və daha çevik, dayanıqlı imkanlar yaradacaq"- deyə, Ostin qeyd edib.

"Biz, həmçinin gələcək illərdə müdafiə sənayesi bazalarımızı daha da inteqrasiya etmək yollarını axtarmaqda davam edəcəyik. Biz üçtərəfli müdafiə əməkdaşlığını genişləndirmək və Yaponiyanı Avstraliyadakı güc mövqeyi təşəbbüslərimizə inteqrasiya etməyə dəvət etmək barədə razılığa gəldik. Bu səylər təkcə ittifaqımızın yaxınlığını nümayiş etdirmir" deyən katib Ostin "onlar həm də ümumi baxışımıza doğru nəzərəçarpacaq nəticələr əldə etmək üçün birlikdə gördüyümüz işi göstərir. Mən əldə etdiklərimizlə qürur duyuram və yaxın gələcəkdə birlikdə görəcəyimiz işlərdən məmnunam" - deyə, bildirib.

Bundan əlavə, ABŞ-Avstraliya Alyansı və tərəfdaşlığı müdafiə və təhlükəsizlikdən çox kənara çıxır: İki ölkə çoxtərəfli sistemi gücləndirmək və islahat etmək və iqlim böhranının həlli məqsədi ilə kollektiv fəaliyyəti gücləndirmək üçün əməkdaşlığı dərinləşdirməyə sadiqdir; insan hüquqlarını və əsas azadlıqların, demokratiya, gender bərabərliyini qorumaq və təşviq etmək, texnologiya, kiberməkan, ticarət və ticarət üçün yol qaydalarını inkişaf etdirmək niyyətindədir.

XS
SM
MD
LG